"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"
"İran Israillə mübarizədə tərəfdaşlarından dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı Rusiya və Çin sadəcə müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. İranla əlaqəli Hizbullah və HƏMAS isə başsız qalıblar və zəifləyiblər, Tehranın istəyi ilə İsrailə qarşı həmlə edəcək gücdə deyillər. Bircə Yəməndəki husilər İranla birgə İsraili raket atəşinə tuta bilərlər, ancaq onların da başına raketlər yağır və bu onların müqavimət gücünü zəiflədib".
Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, İran İslam Keşikçiləri Korpusunun keçmiş rəhbərlərindən biri, general Möhsün Rezai yerli televiziya kanallarından birində çıxış edərkən İsraili qorxutmaq üçün iki açıqlama verib. O, birinci açıqlamasında söyləyib ki, guya İran Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və bir sıra başqa müsəlman ölkələrlə birlikdə böyük İslam ordusu yaratmağa çalışır:
"Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan İranı xilas etmək üçün niyə İslam ordusu yaratmalıdırlar? Axı İran adı çəkilən 3 ölkənin müttəfiqi deyil. Əksinə, İran mühafizəkarları və həmin İslam Keşikçiləri Korpusu müxtəlif illərdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan əleyhinə siyasət yürüdüblər, bu ölkələrin əleyhinə açıqlamalar veriblər. Türkiyə İsrailin İrana qarşı hava hücumunu pisləsə də, İrandakı dairələrin terrorçu PKK təşkilatına dəstəyini unutmayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə ay əvvəl verdiyi açıqlamada, İranın PKK ilə gizli təmaslarına son qoyması vacibliyini bildirmişdi. İrandakı dairələr bir ara Səudiyyə Ərəbistanı da içəridən qarışdırmaq istəyiblər. Bu səbəbdən Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrinə son vermişdi, yalnız Pekinin vasitəçiliyi ilə diplomatik əlaqələr bərpa olundu. Pakistana gəldikdə bu ölkə ötən ilin yanvarında İranla sərhəddə toqquşma yaşamışdı, bir-birlərinə raket zərbələri endirmişdilər.
General Möhsün Rezainin ikinci açıqlaması Pakistanın İrana dəstək məqsədilə guya İsrailə nüvə silahı ilə zərbə endirəcəyi barədədir. Bu açıqlamanın da reallıqla əlaqəsi yoxdur. İsraillə İran arasında müharibə başladıqdan sonra Pakistan İranla sərhəddə nəzarəti gücləndirib. Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif nüvə potensialının dövlətinin və xalqının xeyrinə və ölkəsinin düşmən planlarından qorumağa xidmət etdiyini bildirib. Bu açıqlama iranlı generalın sözlərinin həqiqəti əks etdirmədiyini göstərir.
Bu arada, İrandakı dairələrin İraqdakı tərəfdarlarını fəallaşdırmağa çalışa biləcəyi barədə ehtimallar var. Ancaq bunun özü İranın problemlərini artıracaq. Tehran ABŞ-ın İsrailin İrana hücumlarına qoşulmasını istəmir. İrana bağlı güclər ABŞ-ın İraqdakı hərbi bazalarına hücum etsələr, bu İsrailin işinə yarayacaq, çünki belə olan halda ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəyə qoşulmasından başqa seçimi qalmayacaq".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
XƏBƏR LENTİ
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu
-
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” -





