Mədəniyyət

Bakıda ilin rəqs tədbirləri keçiriləcək- WADF World Championships & World Cups 2025 – VİDEO

17 İyun 2025 17:33
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

5-7 sentyabr tarixlərində Bakı şəhərində ilin ən çox gözlənilən rəqs hadisələrindən biri- WADF Dünya bədii bal rəqs çempionatı (Smooth) və Dünya Kubokları keçiriləcək. Turnir ənənəvi rəqsdən eksperimentala qədər bədii rəqsin bütün aspektlərini təmsil edən onlarla ölkədən iştirakçıları bir araya gətirəcək. Tədbirin təşkilatçıları Azərbaycan Rəqs İttifaqı (AzDC) və SRDS Beynəlxalq rəqs şirkətidir.

Bu hadisə təkcə turnir deyil, Azərbaycanın dünya rəqs mədəniyyətinin əsas mərkəzlərindən biri kimi qlobal tanınması yolunda strateji addımdır. Beynəlxalq səviyyədə tanınmağa və peşəkar böyüməyə çalışan rəqqasələr, məşqçilər və məktəblər üçün yeni imkanlar açır.

WADF  (World Artistic Dance Federation) bədii rəqsin inkişafına, ifadə azadlığına və rəqabət proqramlarına innovativ yanaşmaya yönəlmiş aparıcı beynəlxalq rəqs təşkilatlarından biridir. Federasiya dünyanın hər yerindən rəqqasları bir araya gətirir və yaradıcılıq, rəqabət və mədəni mübadilə üçün unikal bir platforma təqdim edir. Bakıda bizə qoşulun-rəqsin yeni cəhətlərini kəşf edin və bal sənətinin gələcəyini dəyişdirən beynəlxalq hərəkatin bir hissəsi olun! 
Media və tərəfdaşlar üçün: 

Əlaqə: Eldar Cəfərov
Email: [email protected] 

İştirakçıların rəsmi qeydiyyatı Mastersoft sistemi vasitəsilə həyata keçirilir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.