M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Akustik Palitra" Musiqi Məktəbinin hesabat konserti baş tutub.
Öncəliklə Nərmin Qaralova və Sara Timurova tədbir haqqında dinləyiciləri məlumatlandırıb.
Daha sonra solistlər - Adnan Kərimli (zərb alətləri), Leyla Vəlizadə (piano), Suel Kərimli (piano), Miray Cəfərova (piano), Səid Muradov (piano), Hüseyn Ağaməmmədov (piano), Cahan Rüstəmli (zənglər), Ayaz Bəndəliyev (zənglər) , Ceyla Salmanlı (zənglər), Teymur Acırqayev (piano), Dəmir Mahmudov (piano, zənglər), Cavad Hüseynli (piano, vokal), Nilay Cəfərova (piano), Ayan Vəlizadə (piano), Fuad Acalov (piano) dinləyicilər qarşısında çıxış edib. Konsert bütün iştirakçıların birgə ifası ilə başa çatıb.
Proqramda Azərbaycan, rus, Avropa bəstəkar və xalq mahnıları səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az