Türkiyə

İstanbulda məktəblər qara görə bağlandı - FOTO

2 Yanvar 2026 00:03
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda güclü yağan qar və buzlanma riski ilə əlaqədar 5 rayonda oktyabrın 2-si məktəblərdə dərslər təxirə salınıb.

Milli.Az xəbər verir ki, mənfi hava şəraiti səbəbindən Şile, Sarıyer, Beykoz, Beşiktaş və Kağıthane rayonlarında təhsilə 1 günlük fasilə verilib.

AKOM-un (Afət Koordinasiya Mərkəzi) məlumatına görə, İstanbulda hava şəraiti ilə bağlı aşağıdakı məqamlar gözlənilir:

Qar yağışı axşam saatlarında təsirini itirsə də, buzlanma və şaxtanın sabah səhər saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Hazırda temperaturun -1 ilə 3 dərəcə arasında olduğu, sabah isə 1 ilə 8 dərəcə arasında dəyişəcəyi bildirilir.

Həftəsonu yağış gözlənilmir, lakin güclü lodos (cənub-qərb küləyi) fırtınasının baş verəcəyi ehtimal olunur. Gələn həftənin çərşənbə günü isə şəhərdə güclü leysan yağışları gözlənilir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.