Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Mərkəzində erkən dəmir dövrünə aid bəzək əşyalarının təqdimatı olub.
Milli.Az bildirir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, eksponatlar Mərkəzdəki "Azərbaycan inciləri: tarixin axarında" sərgisində nümayiş etdiriləcək.
Bəzək əşyaları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax bölgəsində apardığı arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində 52 ədəd qızıl məmulatı - yüksək ustalıqla hazırlanmış bir cüt sırğa, üzük, yarpaqşəkilli və boruşəkilli muncuqlar, asma bəzək əşyaları tapılıb.
Tapıntılar Azərbaycanın qədim tarixində mühüm bir mərhələni təşkil etmiş Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin son mərhələsinə aiddir.
Həmin mərhələ arxeoloji dövrləşmədə (eradan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəlləri) son tunc - erkən dəmir dövrü adlandırılır.
Bu bəzək əşyaları sayına və rəngarəngliyinə görə Azərbaycanın qədim tarixinə aid aşkar edilmiş qızıldan olan ən zəngin tapıntılardır.
Təqdimat zamanı çıxış edən Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrinin, irsinin araşdırılması, gənc nəsil arasında yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənətimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirib. Ziyarətçilərin ən çox üz tutduğu ekspozisiyalar sırasında olan "Azərbaycan inciləri: tarixin axarında" sərgisində nümayiş etdiriləcək bu eksponatlar vasitəsilə qonaqlara tariximiz barədə yeni məlumat çatdırılmış olacaq.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd edib ki, instituta dövlət səviyyəsində göstərilən böyük diqqət sayəsində arxeoloji tədqiqatlar daha da genişlənir. "Bu gün arxeoloji ekspedisiyalar nəticəsində yüzlərlə tarixi abidələr, maddi-mənəvi dəyərlər üzə çıxır. Bu tapıntılar bir daha Azərbaycanın ən qədim insan məskənlərindən, sivilizasiya mərkəzlərindən olduğunu göstərir".
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib ki, hazırda təqdimatı keçirilən bu arxeoloji tapıntılar hələ eramızdan əvvəl, 3000-2700 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir və bu zinət əşyaları həmin dövrün araşdırılması baxımından yüksək tarixi dəyərə malikdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
-
Leyla Khazari Art Gallery-də gənc rəssamların qrup sərgisi "Tiny Worlds"un açılışı baş tutub - FOTO
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Uşaq Filarmoniyasında “Nağılın qonağında” adlı musiqili-poetik konsert keçirilib - FOTO
-
Bakıda ilk dəfə möhtəşəm festival keçiriləcək - İçərişəhər altı gün ərzində Argentina tanqosunun ritmlərinə qərq olacaq
XƏBƏR LENTİ
-
Son istifadə tarixi ilə tövsiyə edilən istehlak tarixi arasındakı fərq açıqlandı
-
Şorba qaynayarkən 1 çimdik soda əlavə edin, fərqi görün
-
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
-
Meksika mundiala qələbə ilə başladı - YENİLƏNİB
-
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
-
"A.B.İ"də daha bir ayrılıq - FOTO
-
İran razılaşma ilə bağlı xəbərləri təkzib etdi
-
63 yaşlı kişi qətlə yetirilib, şübhəli qardaşı oğludur
-
Tramp: ABŞ və İran sülhlə bağlı razılığa gəlib
-
Günün qoroskopu: Səyahət planlaşdırmaq üçün ideal zamandır
-
Bakının 3 rayonunda qaz kəsiləcək
-
Şakira futbol üzrə dünya çempionatları tarixində ilkə imza atdı
-
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
-
8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş
-
Gilasın faydaları nələrdir? Gilasın zərəri varmı?
-
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
-
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
11-ci sinif şagirdi qəfil vəfat etdi - FOTO
-
Osimhen üçün 120 milyon avroluq təklif
-
İrana planlaşdırılan zərbələr ləğv edilib
-
Çörəyi köhnəltmədən saxlamağın ən sadə yolu
-
Baş Gömrük İdarəsində əməliyyat: Saxlanılanlar var
-
Nəzakət Tanrıverdiyeva vəfat etdi - FOTO
-
"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO





