8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-də milyonlarla "Thermos" markalı məhsul qapaqların təzyiqlə fırlanaraq istifadəçilərdə ciddi xəsarətlərə yol açması səbəbindən təcili olaraq bazardan yığılır.
Milli.Az xəbər verir ki, ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası təxminən 8,2 milyon məhsulun geri çağırıldığını elan edib. Geri çağırılma qərarı "Stainless King" seriyalı yemək qablarını və "Sportsman" seriyalı şüşə termosları əhatə edir.
Səlahiyyətli şəxslər müəyyən ediblər ki, qabların içərisində uzun müddət saxlanılan qida və mayelər yüksək təzyiq yaradır. Təzyiq tənzimləyici klapanı olmayan qapaqların açılma anında şiddətlə fırlandığı və istifadəçilərdə kəsik və ya zərbə qaynaqlı xəsarətlərə səbəb olduğu bildirilir.
İndiyədək 27 fərqli xəsarət faktı qeydə alınıb. Bu hadisələr nəticəsində çox sayda insan tibbi yardım alarkən, üç istifadəçinin gözünə dəyən qapaqlar səbəbindən daimi görmə qabiliyyətini itirdiyi açıqlanıb.
Geri çağırılma prosesi xüsusilə 2023-cü ilin iyul ayından əvvəl istehsal olunmuş müəyyən model nömrəli məhsulları hədəf alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, istehlakçılar müvafiq model nömrələrini yoxlamalı və bu məhsullardan istifadəni dərhal dayandırmalıdırlar.
"Thermos" şirkəti zərərçəkmiş istifadəçilərin yeni qapaq təmini və ya məhsul dəyişimi üçün müraciət edə biləcəyini bəyan edib. İstehlakçıların təhlükəsizliyi naminə həyata keçirilən bu prosesdə riskli məhsulların müəyyən edilməsi üçün şirkət və komissiya birgə fəaliyyət göstərir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Səyahət planlaşdırmaq üçün ideal zamandır
-
8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş
-
Gilasın faydaları nələrdir? Gilasın zərəri varmı?
-
Çörəyi köhnəltmədən saxlamağın ən sadə yolu
-
"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO
-
5 tona yaxın narkotik vasitə məhv edildi - VİDEO
XƏBƏR LENTİ
-
İran razılaşma ilə bağlı xəbərləri təkzib etdi
-
63 yaşlı kişi qətlə yetirilib, şübhəli qardaşı oğludur
-
Tramp: ABŞ və İran sülhlə bağlı razılığa gəlib
-
Günün qoroskopu: Səyahət planlaşdırmaq üçün ideal zamandır
-
Bakının 3 rayonunda qaz kəsiləcək
-
Şakira futbol üzrə dünya çempionatları tarixində ilkə imza atdı
-
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
-
8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş
-
Gilasın faydaları nələrdir? Gilasın zərəri varmı?
-
Futbol üzrə dünya çempionatı: Meksika millisi CAR-a qarşı
-
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
-
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
11-ci sinif şagirdi qəfil vəfat etdi - FOTO
-
Osimhen üçün 120 milyon avroluq təklif
-
İrana planlaşdırılan zərbələr ləğv edilib
-
Çörəyi köhnəltmədən saxlamağın ən sadə yolu
-
Baş Gömrük İdarəsində əməliyyat: Saxlanılanlar var
-
Nəzakət Tanrıverdiyeva vəfat etdi - FOTO
-
"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO
-
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
-
Rusiyada erməni məhsulları ilə bağlı qərar verildi
-
Arzusu çin olan azarkeş - FOTO
-
Edi Rama Prezident İlham Əliyevə məktub göndərib





