Mədəniyyət

"Heç bir vida mərasimi olmayacaq" - Fuad Poladovun oğlu - FOTO

5 May 2018 13:42
9 Şərh     Baxış: 30 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu dəqiqələrdə xalq artisti Fuad Poladovun yas mərasimi keçirilir.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, vida mərasimində ictimaiyyət nümayəndələri də iştirak edirlər. Qonşuların, yaxınlarının dediyinə görə ailəsi çox hirslidir. Oğlu Ağarəhim Poladov "Vida mərasimin keçiriləcəkmi?"sualımıza əsəbi halda:

"Heç bir vida mərasimi olmayacaq, birbaşa nəşi aparıb qəbirstanlığa dəfn edəcəyik, sizdən ricam heç bir foto çəkilməsin, xüsusilə də ailədən" cavabını verib. "Bəs teatrda niyə vida mərasimi olmadı?" sualına isə oğlu:"Biz belə məsləhət bildik" deyərək digər suallardan imtina edib.

Fuad Poladov üçün rəsmi vida mərasimi keçirilmədi sualını Azərbaycan Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov isə belə cavablandırıb: "Belə - belə sualları mənə ünvanlamayın, mənlik deyil, ailəsindən soruşun".

Xatırladaq ki, vida mərasimi 14.00-dək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.