Bakıda “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 14-də saat 19:00-da Azərbaycan Xalça Muzeyində "Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il" sərgisinin açılışı olacaq. Sərgi Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə birgə təşkil olunur. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vey Cinq Xua başda olmaqla, səfirliyin əməkdaşları da iştirak edəcəklər.
Azərbaycan Xalça Muzeyinin yeni "Xalçalar və əfsanələr" layihəsi "Çin təqvimi üzrə Yeni il" sərgisindən start götürür. Çin təqviminə əsasən, 2018-ci ilin fevralında İt ili qədəm qoyur. Buna görə də, sözügedən layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları birləşdirir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir ki çıxarılır.
İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. Xüsusilə, qədim Çin incəsənətində bu, səma qoruyucuları sayılan mifoloji şirə bənzər Fu itlərinin xalçalarda, rəngkarlıqda təsvirlərindən və Huayan ənənəvi sənəti - müasir saxsı itlərin hazırlanmasına qədər obrazların geniş spektrini əhatə edir.
Azərbaycan xalçalarında da itlərin təsviri nadir hal deyil. Layihə çərçivəsində keçirilən sərgidə tamaşaçılara Azərbaycan Xalça Muzeyinin kolleksiyasından olan, XIX əsrin sonları - XX əsrin əvvəllərini əhatə edən, kompozisiya və ornamentlərində it təsvirləri olan onlarla Şirvan, Qarabağ, Qazax xalçaları təqdim olunur. Ekspozisiya iki hissədən ibarətdir: birinci hissədə təqdim olunmuş xalçalarda itlərin realistik təsvirləri, digər hissəsindəki xalçalarda isə şifrələnmiş, simvolik təsvirləri verilir.
İtlərin stilizə olunmuş və hətta fraqmentar təsvirlərinə Azərbaycanın "Mərəzə", "Qazax", "Şirvan" xalçalarında rast gəlinir. Bu tip xalçalarda "it" işarələri qədim, ilk növbədə totem məna daşıya bilər.
Azərbaycan Xalça Muzeyində "Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il" sərgisi fevral ayının 28-nə qədər davam edəcək.
Ətraflı məlumat:
www.azcarpetmuseum.az
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/
Tel:(+99412) 497 20 16
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür






