"Hər Novruz bayramında qapımıza o qədər papaq atırlar ki..."
Bunu Milli.Az xəbər portalına Novruz bayramı ilə bağlı təəssüratlarını bölüşən xalq artisti Mənsum İbrahimov deyib. O, xatırladıb ki, bu bayram hətta qadağan olunduğu sovet dövrundə də xalq tərəfindən yüksək səviyyədə qeyd olunurdu: "Bayrama hələ bir ay qalmışdan uşaqlar arasında yumurta yığmağa başlayırdıq. Biz yumurtanı boyatdıraraq döyüşdürürdük. Yumurtanı "qatara" qoyurduq. Kimi udur, kimi uduzurdu. Bayram vaxtı uşaqlardan kimin həyətində çox toyuq vardısa, həmin adam dəbdə olurdu. Bundan başqa, Qarabağa xas olan "dirədöymə" oyunu oynayardıq, parçadan fitil düzəldib neftdə isladaraq axşam olanda fişəng kimi havaya atardıq" - deyə xalq artisti xatirələrini bölüşüb.
Xanəndə Novruzun atributları kimi küsülülərin barışması, valideynlərin, qohumların ziyarət olunması, evdə-həyətdə təmizlik işlərinin aparılması, maddi imkanı zəif olanlara köməklik edilməsini göstərib.
Müğam ustası özünün şəxsən heç kimlə küsülü olmadığını, buna görə də kiminləsə barışmasına əsas olmadığını vurğulayıb: "Bu Novruz bayramında heç kiminlə barışmayacam, çünki küsülü qaldığım adam yoxdu. Mən, ümumiyyətlə, xaraktercə sülhsevər adamam. Çalışıram ki, uşağın da xətrinə dəyməyim".
Sevimli xanəndəmiz bayram günləri qapılarına saysız-hesabsız papaq atıldığını da söyləyib: "Bizə papaq atılanda o qədər sevinirəm ki... Ümumiyyətlə, papaq atmaq özü də yaxşı bir şeydir. Hər kəsin qapısına papaq atmırlar... Yəqin papaq atan şəxs həmin evdən razı qalır ki, sonradan papaqların davamı da gəlir..."
Aydın
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mənsum İbrahimov: “Novruzda qapımıza o qədər papaq atırlar ki...”
20 Mart 2010 10:04
Baxış: 254

DİGƏR XƏBƏRLƏR
-
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib - FOTO
-
Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
-
Muğam müsabiqəsində nə baş verib? - Xalq artistindən iddialara cavab
-
Prorektor işdən çıxarıldı - Yeni TƏYİNAT
-
Bakıda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək
-
Azərbaycanda tanınmış aktyor vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
May ayında pul yağışı gözlənilən 5 BÜRC - Gəlirləri artacaq
-
Daha bir erməni yalanı ifşa edildi: O evi özləri vurub - VİDEO
-
5 BÜRCÜ ciddi çətinliklər gözləyir
-
Şəhid atası meşədə İTKİN DÜŞDÜ
-
"Tək olsaydım, hamıdan öndə olardım, deyirlər ki, ərinlə gəlmə"
-
Azərbaycanda bu valyuta BAHALAŞDI
-
Hamamda meyit aşkarlandı
-
Klopp "Real"a görə peşman olub
-
Maşın ağaca çırpıldı - ölən var
-
Anasının ölümünü xatırladı: "Tarixin təkrarlanmasını istəmirəm"
-
Uşaq evlərinin komandaları arasında minifutbol turniri təşkil olunub - FOTO
-
3 bürc üçün yaşıl işıq görünür
-
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib - FOTO
-
Ledi Qaqa 2,1 milyon tamaşaçı ilə Madonnanın rekordunu keçdi - FOTO
-
"70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu - VİDEO
-
“Siz hələ onluğa düşməmisiniz”
-
Uşaqlarının ikisini öldürüb, birini yaralayıbmış - FOTO
-
Qaşıq-qaşıq içirik amma böyrəkləri məhv edir - Tərkibindəki gizli təhlükə
-
Mirvarid Dilbazinin qızı: "Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb"
-
Qurban Qurbanov Bəhlulla görüşmədiyi videodan danışdı
-
Akif İslamzadənin oğlunun toyu oldu - VİDEO
-
Günün qoroskopu: Sözlərinizə güvənin
-
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü - FOTO
-
“İnanmıram ki, o, belə göstəriş versin” - Qurban Qurbanov