Mədəniyyət

Şirvan aşıqları Avropanı feyziyab edəcək

18 Mart 2010 15:27
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycandan bu festivalda Şirvan aşıqları təmsil olunacaq. Azərbaycan  nümayəndə heyətinin rəhbəri, YUNESKO-nun eksperti, musiqişünas Sənubdər Bağırovanın Milli.Az xəbər portalına bildirdiyinə görə, aşıqlar ötən il də bu festivala qatılıblar, yalnız Şirvan aşıqlarının şansına bu il çıxış etmək yazılıb.

Ekspert onu da vurğulayıb ki, ötən il aşıqlara bir günlük çıxış imkanı verildiyi halda, bu il şirvanlı aşıqlar iki günlük, martın 29-30 tarixlərində konsert proqramı ilə təmsil olunacaqlar.

"Balaban və zurna alətinin adı ilə bağlı bir sıra dolayı fikrilər dolaşır. Məhz bu iki alətin solo ifasını proqramlaşdırmışam ki, tamaşaçılar bu alətləri azərbaycanlı musiqiçilərin ifasında dinləyə bilsinlər" -  .deyə o, bildirib.

Sənubər xanım sonda vurğulayıb ki, aşıqların festivaldakı çıxışlarına sözügedən mərkəzlə yanaşı Mədəniyyət və Turizm Nazirliyi də maddi və mənəvi dəstək göstərir.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.