Şirvan aşıqları Avropanı feyziyab edəcək
18 Mart 2010 15:27
Azərbaycandan bu festivalda Şirvan aşıqları təmsil olunacaq. Azərbaycan nümayəndə heyətinin rəhbəri, YUNESKO-nun eksperti, musiqişünas Sənubdər Bağırovanın Milli.Az xəbər portalına bildirdiyinə görə, aşıqlar ötən il də bu festivala qatılıblar, yalnız Şirvan aşıqlarının şansına bu il çıxış etmək yazılıb.
Ekspert onu da vurğulayıb ki, ötən il aşıqlara bir günlük çıxış imkanı verildiyi halda, bu il şirvanlı aşıqlar iki günlük, martın 29-30 tarixlərində konsert proqramı ilə təmsil olunacaqlar.
"Balaban və zurna alətinin adı ilə bağlı bir sıra dolayı fikrilər dolaşır. Məhz bu iki alətin solo ifasını proqramlaşdırmışam ki, tamaşaçılar bu alətləri azərbaycanlı musiqiçilərin ifasında dinləyə bilsinlər" - .deyə o, bildirib.
Sənubər xanım sonda vurğulayıb ki, aşıqların festivaldakı çıxışlarına sözügedən mərkəzlə yanaşı Mədəniyyət və Turizm Nazirliyi də maddi və mənəvi dəstək göstərir.
Xədicə
Milli.Az