Mədəniyyət

Azərbaycanda 3D formatlı ilk cizgi filmi çəkilir

9 May 2011 21:23
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
#3D
Azərbaycanda 3D formatlı ilk animasiya filmi çəkilir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan "Cırtdan və Təpəgöz" cizgi filminin avqustda təhvil verilməsi nəzərdə tutulub.

Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, filmin hazırlıq mərhələsi artıq başa çatıb. Prosesdə müstəqil qrup "Üç dost production" iştirak edir. Filmin rejissoru Arif Məhərrəmov, animasiyanın rəssamı Ramil Əliyevdir.

Nağıl personajlarının yer alacağı yeni film özündə milliliyi, müasirliyi və dünyəviliyi əks etdirəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.