Mədəniyyət

Milli İncəsənət Muzeyində “Nesvij–dünya mədəniyyətinin irsi” adlı sərgisinin açılışı baş tutacaq

14 May 2025 17:45
Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 19-da  saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun "Nesvij-dünya mədəniyyətinin irsi" adlı sərgisinin açılışı baş tutacaq. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət  Nazirliyinin dəstəyi, Azərbaycan Milli İncəsənət Muzeyi və "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir. 23 planşetin yer alacağı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdiriləcək. 

Bu gün Nesvij qəsri Avropanın ən gözəl qəsrlərindən biri hesab olunur və onun təxminən əlli muzey zalı qədim və müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır. Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan "Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya təşkil olunacaq. Proqrama saray ziyafətlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, şahzadə ovlarının təşkilinin özəllikləri kimi mövzular, intellektual əyləncə və oyunlar daxildir. Sərgi açılışı zamanı qonaqlar qəsrin aid olduğu dövrün geyimlərində olan əməkdaşlar tərəfindən aparılacaq tematik ekskursiyaya qatılaraq orta əsr rəqsləri üzrə ustad dərslərində iştirak edə biləcəklər. 

Mayın 20-də saat 14:00-da ziyarətçilər "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey Qoruğunun əməkdaşları tərəfindən keçiriləcək növbəti tematik ekskursiya və ustad dərslərində iştirak edəcəklər.  
Sərgi 15 iyun 2025- ci il tarixinədək açıq olacaq. 

Tarixə və mədəniyyətə sənət vasitəsilə toxunmaq fürsətini qaçırmayın!

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.