Mədəniyyət

“ASAN MƏKTUB” Qarabağda - FOTO

22 Avqust 2016 14:00
Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ASAN Könüllüləri"nin "ASAN məktub" layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb. "ASAN məktub" layihəsi bu dəfə Füzulidən olan uşaqları sevindirib. Belə ki, aprel hadisələri zamanı "ASAN Məktub" komandası Füzulinin balaca sakinləri ilə görüş keçirib, balacalar öz istək və arzularını "ASAN məktub"a ünvanlayıblar. Ünvanlanmış bir çox məktublar xeyirxah vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb.

Milli.Az xəbər verir ki, layihədə "ASAN qasid" kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə balaca sahiblərinə çatdırılıb. Öhdəçi vətəndaşlara hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Bildirək ki, Füzulidən və digər bölgələrdən balacaların ünvanladığı bir çox məktub, hələ də asanmektub.az saytında öz öhdəçisini gözləyir.

Qeyd edək ki, "ASAN Könüllüləri" Təşkilatı tərəfindən həyata keçirilən "ASAN Məktub" layihəsinin əsas məqsədi sosial qayğıya ehtiyacı olan 14 yaşadək uşaqların arzu və istəklərini heç bir maddi qazanc güdmədən həyata keçirməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.