Mədəniyyət

"Səhnəyə ilk addım" - FOTO

5 Mart 2016 15:40
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səhnəyə ilk addım" adlı konsert baş tutub.

Milli.Az-ın məlumatına görə, martın 4-də Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Musiqi Məktəblərinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq 8 mart - Beynəlxalq Qadınlar günü ilə bağlı Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdlərinin "Səhnəyə ilk addım" adlı konserti  keçirilib. Şagirdlər azərbaycan və avropa bəstəkarlarının əsərlərindən ibarət  zəngin konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə iştirak  edən Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov konsertin sonunda iştirakçıları təbrik edib, onlara uğurlar və daha böyük səhnələri fəth etməyi arzulayıb. Məktəbin foyesində  İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgidə təşkil olunub. Tədbirdə media nümayəndələri iştirak edib.

Əlavə məlumat üçün:

497-03-55, [email protected]

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.