Xalq artisti Rafiq Hüseynov müayinə üçün oktyabrın 24-də Türkiyəyə yola düşəcək.
Milli.Az bildirir ki, bu barədə teleqraf.com-a tanınmış diktorun özü məlumat verib. O qeyd edib ki, hazırda xərçəng xəstəliyi ilə mübarizə aparır: "Çox ağır xəstəlikdir, çətindir. Bu yaşda, sözsüz ki, ölümdən qorxmurlar. Amma ölümü gözləmək də dəhşətdir. Hazırda müayinəmi davam etdirirəm. Üç aydan bir İstanbula gedib müayinədən keçirəm".
R. Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir.
Milli.Az