Mədəniyyət

"Xortdanın cəhənnəm məktubları" haqda daha bir xarici mətbu orqanda məqalə - FOTO

9 Oktyabr 2015 14:20
Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni tamaşası - "Xortdanın cəhənnəm məktubları" haqqında daha bir xarici mətbu orqanda məqalə dərc olunub.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ötən - 87-ci teatr mövsümündə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Boris Manciyev tərəfindən hazırlanan və iki ölkə teatrı arasında bağlanmış yaradıcılıq müqaviləsinin uğurlu nəticəsi olan bu tamaşa artıq bir sıra ölkə və xarici kütləvi informasiya vasitələrində işıqlandırılıb.

"Известия Калмыкии" qəzetində dərc olunan "Письма из Ада" глазами калмыцкого режиссера" başlıqlı növbəti yazıda Boris Manciyevin əsərin ərsəyə gəlməsindəki yaradıcılıq prosesini əks etdirən müsahibəsi, Gövhərtac və Fərmanın saf sevgisi və bu sevgi ilə paralel inkişaf edən digər hadisələr yer alıb.

Məlumat üçün bildirək ki, görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırlanmış "Xortdanın cəhənnəm məktubları" tamaşası haqqında ötən ay Kalmıkiyanın daha bir nüfuzlu - "Калмыцкая правда" qəzetində "Вечные истины в постановке Бориса Манджиева" yazısı nəşr edilib.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
http://www.elista.org/files/31.pdf

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.