Mədəniyyət

Əl duzu, göz nuru - VİDEO

14 Mart 2015 15:41
0 Şərh     Baxış: 1 134
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Kanal S" (Region TV)  xəbər verir ki, Şəki qədim sənət nümunələrindən olan təkəlduz sənətinin də vətəni sayılır. Bu gün də bu sənəti yaşadanlar var. Sayalı xanım da 35 ildir ki, təkəlduz sənəti ilə məşğul olur. O, bu sənəti bacısından öyrənib. Ötən müddət ərzində sənətin incəliklərinə yiyələnən qəhrəmanımız, bu yolla dolanışığını da təmin edir. Fərqli ölçü və formada hazırlanan əl işləri yerli sakinlərlə yanaşı, qonaqların da diqqətini cəlb edir. Qiymətlər isə 3 manatdan 1000 manat arasında dəyişir.

Təkəlduz incəlik və səbr tələb edən sənətdir. Bəzən bir əsərin ərsəyə gəlməsi üçün aylarla vaxt tələb olunur. Təkəlduz işləmələrində ipək saplardan istifadə edilir. Əsasən araqçınlar, çantalar, balış üzləri, süfrələr hazırlayan sənətkar milli geyimlərin üzərinə naxışlar vurduğunu da deyir. Qədim el sənətlərini yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Sayalı xanım da bu sənətin incəliklərini qızına, nəvələrinə və maraq göstərən hər bir kəsə həvəslə öyrədir. Bu qədim el sənətinə yiyələnmək istəyənlər çox olsa da, bu işin öhdəsindən gələ bilən azdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.