Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı aktrisa: "Səni dilinin bəlası öldürəcək" - FOTOSESSİYA
18 Dekabr 2014 00:20
3 Şərh
Baxış: 15 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Mətanət Əhmədovanın Milli.Az-a müsahibəsi.
- Mətanət xanım, bu yaxınlarda sosial şəbəkədə ev heyvanları ilə fotonuz yayımlandı və "hinduşka" alverinə başladığınız haqda mətbuatda yazılar yayıldı... Nə məsələdir?
- Bu, "Toy 2" kinokomediyasının çəkilişləri ilə bağlı yayımlanmış bir foto idi. Çəkilişlərimiz Lənkəranda, Lerikdə oldu. Mən bu filmdə kənd qadını rolunda çəkilmişəm. Siz bilirsiniz ki, kənd qadınları çox zəhmətsevər və əziyyətkeş olurlar. Mən də onların obrazını yaratmışdım. O ki qaldı biznesimin olub-olmamağına, biznesimi gözə gətirməyin (gülür).
- Ümumiyyətlə, xasiyyətinizə uyğun rol oynamısınızmı?
- Mən, ümumiyyətlə, xasiyyətimə əks olan bir obraz oynamaq istəyirəm. Həyatda çox səs-küylüyəm. Çox çılğın insanam, sözü birbaşa üzə deyirəm. Dəlisovam (gülür). Psixoloji bir obraz oynamaq istəyirəm.
- Buna görə başınız bəlalar çəkib?
- Anam həmişə deyir ki, səni əcəl yox, dilinin bəlası öldürəcək (gülür). Sözü saxlayıb əziyyət çəkincə deyib rahatlanıram (gülür). Qoy qarşımdakı insan əziyyət çəksin.
- Artıq neçə ildir ki, teatrda çalışırsınız?
- 21 ildir ki, Şuşa Dram Teatrında çalışıram. Bir igidin ömrüdür (gülür). Universiteti bitirməmişdən əvvəl teatr fəaliyyətimə başlamışam. Sanki dünən tələbəydim.
- Sizi tamaşaçılar "Pərvanələrin rəqsi" serialından daha çox tanıyıb-sevdilər. Bu serialdan əvvəl hər-hansı serialda çəkilmişdiniz?
- Bu serialdan əvvəl "Yanmış körpülər", "Şans" serial və filmlərində oynamışam. Əvvəllərdə tanınırdım, sadəcə olaraq uşaqlarım balaca olduğuna görə sənətimə 6 il fasilə verdim. Amma bu illər ərzində reklamlara çəkilmişəm. "Pərvanələrin rəqsi" serialında oğlum rolunu elə öz oğlum Yusif oynamışdı.
- Çox mehriban xanımsınız. Sənət yoldaşlarınızdan küsülü olduğunuz, yaxud özünüzə rəqib bildiyiniz insan varmı?
- Məni rəqib yox, iş maraqlandırır. "O niyə qabağa getdi, sənətdə uğur qazandı" kimi ifadələri fikirləşməkdənsə işi fikirləşsələr, daha effektli olar. Mən hamıyla yola gedənəm, hər şeyin yerini də bilirəm. Amma üzüm dönəndə məni görməsinlər (gülür).
- Avtomobil həvəskarısınız?
- Avtomobil həvəskarı deyiləm, amma yaxşı ki, maşınım var. Ayağımı yerdən götürür. Çox bahalı deyil. Maşını sürmürəm, at əvəzi çapıram hara gəldi (gülür).
Əli Rəhimoğlu
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO