Goranboy rayonunun Səfikürd kəndi yaxınlığında aşkarlanan və iyun ayından öyrənilməyə başlanılan qədim kurqanlar yerüstü muzey kimi qorunacaq. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 3 əsrdən artıq yaşı olduğu iddia olunan sərdabənin əlverişli məkanda yerləşməsi buna imkan verir.
Ərazi həm rayon mərkəzinə yaxındır, həm də turizm baxımdan əhəmiyyətli hesab edilən yolun üzərində yerləşir. Ən azı 3000 il yaşı olduğu güman edilən kurqan böyüklüyünə görə Azərbaycanda aşkarlanan nadir tapıntılardandır. Kurqanı öyrənmək üçün türkiyəli antropoloqlar da əraziyə cəlb olunublar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sərdabənin diametri 30 m, hündürlüyü 3 m 20 sm-dir. Ətraf hissəsinin eni isə 1,5 m, hündürlüyü 1,5 m olan daş düzümü ilə əhatə olunub. Torpaq örtüyünə malik kurqanın altında çox böyük sərdabənin olduğu şübhə doğurmur.
Müzəffər Hüseynov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi: "Güman edirik ki, bu sərdabə bir tayfa başçısına, nüfuzlu şəxs və ya şəxslərə aid olsun. Burada çox böyük nəticələr əldə etmək fikrindəyik. Burada, həmçinin ağaclar var. Ağac tirlərin uzunluğu diametri 30-40 sm, uzunluğu 8,5-9 m uzunluğu var. Həmin ağacdan da nümunə götürmüşük. Yəni, onun yaşını və növünü, həmçinin o vaxtın iqlimini müəyyənləşdirmək üçün".
Havaların soyuq keçməsi ilə əlaqədar arxeoloji qazıntı işləri müvəqqəti dayandırılıb. Gələn ilin may ayından isə işlər davam edəcək. Bu, rayon ərazisində qədim dövrlərin izlərini özündə cəmləyən ilk fakt deyil. Müxtəlif vaxtlarda Goranboyun Qaradağlı, Şadlı, Tatarlı kəndi ərazilərində aparılan qazıntı işləri zamanı da maddi sübutlara rast gəlinib.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Səfikürd kəndi yaxınlığında aşkarlanan kurqanlar yerüstü muzey kimi qorunacaq
24 Noyabr 2014 20:15
0 Şərh
Baxış: 2 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Neftçala şəhərində fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunub - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” uğurla başa çatdı - FOTO
-
Mədəniyyət Nazirliyində bu şöbə ləğv edildi
-
Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi zarafat edir” adlı konsert proqramı keçirilib - FOTO
-
Nəsilləri birləşdirən musiqi: mart konsertlərinə baxış - FOTO
-
Bakıdan Nyu-Yorka: Rüstəm Quliyevin yaradıcılıq yolu və “Oominorun Gəmisi”nin təqdimatı - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir
-
Dünyanın ən bahalı əşyası - Trilyon dollar dəyərində
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
-
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
-
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
-
Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz
-
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul
-
“Meydanda olan orada qalır”
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Hər kəs pəncərəsinin önünə darçın qoymağa başladı
-
"İcazə vermərəm ki, haqqımda bunu desinlər"
-
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
-
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı
-
“Yeraltı” izləyicilərinə pis xəbər
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
-
"Qarabağ" "Sabah"la heç-heçə etdi
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
"Neftçi"də ciddi itki
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
Firuzə Cəlilovaya vəzifə verildi
-
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTO





