Qurban Pirimovun Şuşa məktəbi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şuşa qalasının yaradıcısı olan Pənah Əli xanın ağlına gəlməzdi ki, təxminən 100 il sonra onun böyüdüyü şəhər əsl mədəniyyət mərkəzinə, yaradıcı insanlardan ibarət bir neçə nəslin məktəbinə çevriləcək.Bir vaxtlar Sadıqcanın tələbəsi olmuş məşhur tarzən sonradan özü də tanınmış müəllim kimi görkəmli musiqiçilər nəsli yetişdirdi
İnanılmaz dərəcədə məhsuldar torpaq, mineral sular, dağ havası insanlarda əla əhval yaradırdı və onlarda bu gözəlliyi vəsf etmək istəyi ortaya çıxırdı. Üstəlik, Şuşada insanlar heç zaman yoxsulluqdan əziyyət çəkməyiblər. Onların əksəriyyəti hətta zəngin olub, ailələr İranı, Hindistanı, Rusiyanı gəziblər.
Azərbaycanın musiqi məktəbi
XIX əsrin ortalarında Şuşa ziyalılarının evlərində o dövr üçün nadir sayıla biləcək sayda kitablar toplanmışdı. Onların əksəriyyəti çap edilən yox, kalliqrafik kitablar idi. Belə kitabların bəzilərinin yaşı yüzilliklərlə ölçülürdü. Şuşalılar əsasən musiqi haqda kitablara üstünlük verirdilər. Onların evlərində XIII əsrə aid Səfiəddin Urməvinin, Əbdülqədir Marağayinin (XIV əsr), Mirzə bəyin (XVIII əsr) işlərinə rast gəlmək mümkün idi.
Şuşa sakinləri simli musiqi alətləri haqda elə şeylər bilirdilər ki, onu müasir musiqiçilər belə, təsəvvür edə bilməzlər. Onlar eksperimentlər edərək musiqi alətləri yaradır, mövcud alətlərin formasını dəyişir, onları təkmilləşdirirdilər. Şəhərdə "musiqi məclisi" adlandırılan konsiliumlar təşkil olunur, orada alətlərdə ifa texnikası, onların hazırlanması üsulları nümayiş etdirilirdi.
1880-ci ildə rəssam, xəttat, dövrünün məşhur musiqi nəzəriyyəçisi və şairi Mir Möhsün Nəvvab tanınmış xanəndə (virtuoz tarzən) Hacı Hüsü ilə birlikdə Şuşada Azərbaycanda ən böyük "Musiqiçilər məclisi"ni təsis edib. Bu məclisdə musiqinin estetik problemləri, ifaçılıq və muğam sənətinə dair müzakirələr aparılırdı. Bu məktəbdə fəal iştirak etmiş şəxslərin çoxu sonralar əfsanəyə, peşəkarlara çevrildilər, Azərbaycan musiqisinin simasını təşkil etdilər. Onların arasında xanəndə və sazəndə Məşədi Cəmil Əmirovun, İslam Abdullayevin, Seyid Şuşinskinin, məşhur ifaçı Qulu Hacı Hüsünün, müasir tarın yaradıcısı Sadıqcanın (Mirzə Sadıq) adlarını çəkmək olar. Onların arasında çoxlu sayda nəzəriyyəçilər də var idi. Faktiki olaraq məhz o dövrlərdə xalq musiqisi akademik, peşəkar musiqiyə çevrilərək milli musiqi formasını aldı.
Və elə həmin məclisin yaradıldığı ildə növbəti əsrdə virtuoz tar ustasına çevrilmiş bir şəxs dünyaya gəldi. Bu, Qurban Pirimov idi. Pirimov artıq 4 yaşında tarda çalmağı öyrənir. Onun bir çox müəllimləri var idi, kifayət qədər yaşı olan babası Valeh isə Qarabağ aşığı idi. O dövrdə Şuşada dünyəvi məktəblər fəaliyyət göstərirdi. Çünki ziyalı şəhərin əksər sakinləri uşaqlarını köhnədən qalmış mədrəsələrə vermək istəmirdilər. Gənc Qurban da belə məktəblərdən birini bitirib. Önəmli məqamlardan biri ondan ibarətdir ki, Qurbanın müəllimləri həm də yaxşı tərbiyəçi imişlər: onlar heç zaman istedadlı uşağın istedadına qəsd etmək niyyətinə düşməyiblər. Onların yaşadıqları kiçik, cəmi bir neçə kilometri əhatə edən balaca dünya əsl azad yaradıcılıq dünyası idi.
Qohumları və müəllimləri Qurbana Sadıqcanın yanına getməyi məsləhət görürdülər. Lakin o, dağ kəndi olan Abdal Gülablıda, müəllim isə şəhərin özündə yaşayırdı. Üstəlik, Sadıqcan əksər vaxtlarda səfərlərdə olurdu. Beləliklə, Sadıqcanın ilk tələbəsi olan 13 yaşlı Qurban hər dəfə dərs almaq üçün kilometrlərlə yol qət edirdi.
Uğur
1905-ci il Azərbaycan üçün ağır keçdi. Bir tərəfdən Rusiyada yaşanan inqilab, digər yandan İranda bir-birini əvəz edən inqilablar və vətəndaş qarşıdurmaları. Bu, sakit, gözəl həyata vərdiş etmiş şəhər üçün çətin idi. O dövrdə gənc musiqiçi tarda ifa etmək yolu ilə cüzi qazanc əldə edirdi. Amma ehtiyaclar getdikcə artırdı. O, Gəncəyə köçərək, orada məşhur xanəndə Cabbarın triosunda çalışmağa başladı. Trioda Qurban Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə ifa edirdi. Bir müddət sonra çıxışlarının sorağı Qafqazın sərhədlərini aşdı. Trio inanılmaz uğurlar qazandı və Pirimov üçün yaradıcılıq baxımından əsl inkişafa yol açan bir məktəb rolu oynadı.
"Musiqi peşəkarlığı bir neçə komponentdən ibarət kokteyldir: fərdi istedad, çalışqanlıq, yaxşı müəllimlər və şərait", - deyə tarzən Aydın Məmmədov bildirir: "Şuşa, bu "musiqi mətbəxi" olmasaydı, Pirimov kimi, onun müəllimləri kimi insanlar da olmazdılar. Amma bu gün Qurban Pirimov bizim üçün ifaçılıqda etalona çevrilib. Hər kəs bilir ki, Mikayıl Müşviq məşhur "Oxu tar" şerini məhz dövrün dahi ustadı olmuş Pirimova həsr etmişdi".
Pirimovun yaradıcılığı milli opera ilə ayrılmaz şəkildə bağlıdır. O, Azərbaycanın ilk milli operası olan "Leyli və Məcnun"un səhnələşdirilməsi zamanı orkestrdə yer alıb. Qurban Pirimov Azərbaycan Opera və Balet Teatrı yaranandan ömrünün sonunadək orada işləyib. Bu, təxminən, 40 il deməkdir. 1929-cu ildə Pirimov Azərbaycan SSR-in əməkdar artisti, 1931-ci ildə isə xalq artisti adına layiq görülüb. 1938 və 1939-cu illərdə o, Moskvada Azərbaycan İncəsənəti Dekadasında və Xalq alətləri ifaçılarının ümumittifaq müsaqibəsində uğurla çıxış edib.
Böyük Vətən müharibəsi illərində Qurban Pirimov digər artistlərlə birlikdə dəfələrlə əsgərlər qarşısında, həmçinin hospitalda müalicə alan yaralılar qarşısında çıxışlar edib. O, müəllimliklə də məşğul idi. Pirimovun tələbələri arasında Azərbaycan SSR-in xalq artisti Bəhram Mansurovun, Həbib Bayramovun, Sərvər İbrahimovun adlarını çəkmək olar.
Pirimov qrammofon vallarına muğamlar da yazırdı. Onun ifasında ən keyfiyyətli yazını Riqada buraxılmış vallardan dinləmək olar.
İllər sonra artıq yaşa dolmuş Pirimov "Mədəniyyət və incəsənət" jurnalında (1955) şagird olduğu illərdən bəhs edirdi: "Yaxşı günlər idi. Doğma şəhərimdə çox sayda dahi insanlar var idi. Onlardan biri də müəllimim Mirzə Sadıq idi. Mirzə Sadıq nəinki böyük ustad, həm də yaradıcılıqla bağlı gələcəyi aydın təsvir edən insan idi. Gənclik illərimi yada saldıqda düşünürəm ki, həyatımda ən parlaq izləri məhz onun ifaları, dərsləri qoyub".
Qurban Pirimov Nabat xanım Ağalar qızı ilə evli idi. Onların 4 övladı var idi: Əsgər, Sara, Tamara, Adilə. Musiqiçi 29 avqust 1965-ci ildə Bakıda dünyasını dəyişib.
1880-ci ilin oktyabrında dünyaya göz açmış Pirimovun doğum günündən az qala 1,5 əsr vaxt keçir...
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
-
Akademik Milli Dram Teatrı teatr mövsümünə yekun vurub (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində ənənəvi "Muğamat axşamı" layihəsinin 2025–2026-cı il mövsümünün yekun konserti keçirilib - (Foto)
-
İçərişəhərdəki Şirvanşahlar Sarayında Şahin Növrəsli Festivalının mətbuat konfransı keçirildi - (Foto)
XƏBƏR LENTİ
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında





