Azər Mirzəyev Sabirabad rayonunda dəfn edildi - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın əməkdar artisti Azər Mirzəyev dəfn edilib
APA-nın məlumatına görə, dəfn mərasimindən əvvəl Sabirabad şəhərində yerləşən məsciddə mərhumun ruhuna dualar oxunub və cənazə namazı qılınıb.
A.Mirzəyev Sabirabad rayonunun Kürkəndi kəndinin qəbiristanlığında atasının qəbrinin yanında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra nümayəndələri, yerli ictimaiyyət, mərhumun qohumları və sənət yoldaşları iştirak ediblər.
Qeyd edək ki, A.Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddətdir insult və ürək çatışmazlığından əziyyət çəkirdi.
---------10:55
Akademik Milli Dram Teatrında tanınmış aktyor, əməkdar artist Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək
Teatrın direktoru İsrafil İsrafilov AzNews.az-a açıqlamasında bildirib ki, əməkdar artist ailəsinin istəyi ilə Sabirabadda, valideynlərinin yanında dəfn ediləcək:
"Artıq kollektivin üzvləri Sabirabaddadırlar. Mən isə Bakıda təşkilati məsələləri həll etməklə məşğulam. Onun üç mərasimini biz təşkil edəcəyik".
Qeyd edək ki, tanınmış aktyor bu gecə saat 03:00 radələrində dünyasını dəyişib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Allah rəhmət eləsin!
---------
10:39
Bu gecə saat 03:00 radələrində tanınmış aktyor Azər Mirzəyev dünyasını dəyişib
Aktyor, tele-aparıcı Elnur Kərimovun simsar.az-a verdiyi məlumata görə, aktyorun ölümünə ürək çatışmazlığı səbəb olub.
62 yaşında dünyasını dəyişən aktyorun cənazəsi böyüdüyü Sabirabad rayonunda torpağa tapşırılacaq.
O, 2 il əvvəl keçirdiyi iflic xəstəliyindən əziyyət çəkirdi
Qeyd edək ki, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.
1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.
-----------10:11
Əməkdar artist, aktyor Azər Mirzəyev vəfat edib
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Azərbaycan Dövlət Gənc Tamaçaşılar Teatrının aktyoru Elnur Kərimov sosial şəbəkədə məlumat yayıb.
Milli.Az
----------
14:44
Böyütmək üçün şəkillərə klikləyin.






----------
10:11

DİGƏR XƏBƏRLƏR
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Elvin Dəmirli yeni vəzifəyə təyin olundu
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr - (Video)
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi





