Mədəniyyət

Nizami Kino Mərkəzində yeni filmlər başlanıb - FOTO

22 May 2014 15:10
Baxış: 787
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nizami Kino Mərkəzində mayın 22 -dən etibarən "Monako şahzadəsi" və "X - insanlar: keçmiş günlərin gələcəyi" adlı filmlərin nümayişinə başlanıb.
 

Rejissor Olivye Daanın, Araş Amelin ssenarisi əsasında çəkdiyi "Monako Şahzadəsi" filmi melodram və tərcümeyi-hal janrındadır. Ekran əsəri böyük məhəbbətdən bəhs edir. "Dünyanı fəth etmiş eşq hekayəsi" sloqanı filmin süjet xəttinə uyğundur.
 

Bütün Hollivud onun ayaqları altında idi - dəbdəbəli villalar, oskar ziyafətləri, şık kişilər, amma bunlara rəğmən, baş qəhrəman Qreys Fransa yaxınlığında yerləşən Monako knyazlığının şahzadəsi olmağı seçir. O, Monako knyazına ərə gedir və bu ölkənin həyatında baş verən proseslərdə fəal iştirak edir.
 

Şahzadə rolunu Hollivud ulduzu Nikol Kidman ifa edib. Digər obrazları

Tim Rot, Maylo Ventimilya, Parker Pouzi, Pas Veqa və başqaları canlandırıblar.
 

"Monako şahzadəsi" klassik janrı sevən tamaşaçının zövqünü oxşayan kinoəsərdir.
 

"X-insanlar: keçmiş günlərin gələcəyi" filmi ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır.
 

Saymon Kinberq və Ceyn Qoldmanın ssenariləri əsasında rejissor Brayan Sinqerin fantastika, fentezi, döyüş macəra janrında çəkdiyi bu filmdə baş rolları Hyu Cekman, Maykl Fassbender, Ceyms MakEvoy, Cenifer Lourens, Patrik Stüart və başqaları ifa ediblər.

Gələcəkdə yaşayan və zamanlar arasında səyahət etmək bacarığına malik olan Kitti Prayd, keçmiş zamanda yaşayan mutantlara gələcəkdə onları nə gözlədiyini söyləyir. Bu xəbər və gələcəkdən keçmiş zamana gələn qara qüvvələr mutantları narahat etməyə başlayır.
 

Əziz kinosevərlər filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür:
 

https://www.facebook.com/NizamiCinema?rf=hl
 

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.