Azərbaycanın əməkdar artisti, "Planeta Parni iz Baku" ŞHK teatrının bədii rəhbəri Tahir İmanov Day.Az saytına müsahibə verib. Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir.
- Aprel ayında sizin 1995-ci ildə ənənəsi qoyulan və hər il keçirilən tamaşanız olacaq. Miniatür teatrda yox, bütöv tamaşa ilə çıxış etmək çətindir? Həm də siz bunu artıq etmisiniz...
- Bəli, bu 2006-cı ildə olub. Biz Şaxta babanın macəralarından bəhs edən tamaşa qoymuşduq. Onun adı "Axtaran tapar" idi. Həmin tamaşa çox uğurlu oldu. Ancaq bu çox çətindir. Çoxlu məbləğdə pul və vaxt tələb edir. Bizdə isə bunlar kifayət qədər deyil. Həm də biz zamanın nəbzini tutmaq istəyirik ki, ölkə miqyasında il ərzində baş vermiş bütün hadisələrə münasibət bildirək.
- Bəs yaxşı, "day-day" tapılsa və desə ki, "alın, uşaqlar, bu da sizin üçün pul, yaxşı tamaşa səhnələşdirin"?
- Əgər nə vaxtsa belə bir imkan yaransa, mütləq tragikomediya janrında tamaşa səhnələşdirəcəyik. Biz həmişə bu barədə düşünürük. Əgər belə bir adam tapılsa, o, ən azından bizim işimizə görə məyus olmayacaq. Ancaq təəssüflər olsun ki, sponsorlar pullarını qondarma, keyfiyyət və səviyyəsi olmayan "reytinqli verilişlər"ə qoyurlar. Bu cür verilişlərdən yalnız neqativ hisslər yayılır. Hətta praym-taymda olsa belə, belə verilişlər hazırlamaq mənim səviyyəmə uyğun deyil. Əgər mən hansısa intellektual veriliş hazırlasam, həmin qondarma layihələr məni sadəcə "yeyəcəklər". Həmin verilişlərə daha çox tələbat olacaq ki, bu da bizim bugünkü tamaşaçımızın səviyyəsindən xəbər verir.
Bilirsiniz, bədbəxtlik ondadır ki, potensial sponsorları təhsil, mədəniyyət və s. barədə olan intellektual layihələr maraqlandırmır. Onları şou-biznes anlayışı ilə əlaqəli olan hər şey maraqlandırır. Xəbər proqramları isə ümumiyyətlə neqativə köklənib - kim kimi öldürdü, kəsdi, zorladı. Xəbər proqramlarına baxanda belə bir təəssürat yaranır ki, Azərbaycanda hər saat yol qəzası, oğurluq və zorlanma baş verir. Dünyanın heç bir ölkəsində belə xəbər quruluşu yoxdur! Onların efiri doldurmaq üçün başqa heç nələri yoxdur, yoxsa Azərbaycan pozitiv olmayan ölkədir?
- Əsrin dörddə biri qədər ŞHK-də çıxış edirsiniz. Nə vaxta qədər bunu edəcəksiniz?
- Bəli, sizinlə razıyam, 50 yaşında Eliş və Roşkanı oynamaq alınmayacaq. Ancaq fikir vermisinizsə, sonuncu tamaşalarımızda həmin personajlar yox idi. Elə rollar var ki, oynaya bilərik, elə rollar var ki, yaşımıza və fiziki vəziyyətimizə uyğun gəlmir. Misal üçün, abidələr haqqında miniatürümüz böyük ajiotaja səbəb olmuşdu.
Bundan başqa, tıxaclar və körpü tikintiləri haqqında səhnəmiz də olmuşdu. Yəni yaşımıza uyğun mövzu hər zaman olacaq.
Müsahibənin tam mətnini rus dilində bu keçiddən oxuya bilərsiniz.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tahir İmanov: "50 yaşında Eliş və Roşkanı oynamaq alınmayacaq"
10 Mart 2014 12:16
0 Şərh
Baxış: 4 805

DİGƏR XƏBƏRLƏR
-
Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim etdi - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında iştirak ediblər - FOTO
-
Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib - FOTO
-
Bakı Piano Festivalı 2025 Fransadan olan Mina Aqossi kvartetin parlaq çıxışı - FOTO
-
“Azərbaycan Rəqs Çempionatı”nın GRAND PRİX sahibi bəlli oldu - FOTO
-
Dünyaca tanınmış pianoçu vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim etdi - FOTO
-
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - FOTO
-
Bakıda məşhur mebel mağazasında yanğın - İşçilər təxliyə edildi - FOTOlar
-
Çin İrana kömək etməyəcək
-
Paşinyan Türkiyəyə bu səbəbdən gedibmiş - İnanılmaz detallar
-
Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlandı
-
Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi - SƏRƏNCAM
-
Prezident bu rayonun icra başçısını vəzifəsindən azad etdi
-
ABŞdan İrandakı vətəndaşlarına çağırış: "Azərbaycan vasitəsilə ölkədən çıxın"
-
Toyuna görə bütün şəhəri bağladı - Xalq ayağa qalxdı
-
4-cü dəfə ana olacaq - FOTO
-
Sahakyan “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu məhkəmədə təsdiqlədi
-
Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm
-
Adı smart, özü xarab dayanacaqlar
-
Dənizaşırı ərazilərdə internetə məhdudiyyət, Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət – BTQ-NİN ARAŞDIRMASI
-
Ölümündən bir gün əvvəl özünə məzar qazdırdı
-
Ermənistanın işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olundu
-
Sürücülərin nəzərinə! - Bu xidmət bahalaşdı - VİDEO
-
Bakıda su təchizatı tam bərpa edilib? - AÇIQLAMA
-
"Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır"
-
Rusiyalı xalq artisti vəfat etdi - FOTO
-
Azərbaycanda kazino üçün "yaşıl işıq" yandı - Ölkə iqtisadiyyatına nə verəcək?
-
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO
-
Taekvando Federasiyasının baş katibi istefa verdi