Ölkə

Bu kollecə qəbulda imtahan fənlərinin sayı azaldıldı

18 Dekabr 2025 20:28
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin rəngkarlıq (sahələr üzrə), qrafika üzrə texnik, teatr dekor sənəti, dekorativ - tətbiqi sənət (sahələr üzrə) və dizayn (sahələr üzrə) ixtisasları üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb. Qeyd olunan ixtisasların daxil olduğu 1601 kodlu qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlər 2026-cı ildə yalnız rəsm fənnindən imtahan verəcəklər.

Bu barədə Milli.Az-a DİM-dən məlumat verilib.

Heykəltəraşlıq ixtisasının daxil olduğu 1701 kodlu qabiliyyət imtahanı komissiyası üzrə fənlərin sayında dəyişiklik olmayıb. Abituriyentlər tam orta (11 illik) təhsil bazasında heykəltəraşlıq ixtisasına daxil olmaq üçün rəsm və yapma fənlərindən qabiliyyət imtahanı verəcəklər.

Təsviri sənət və memarlıq istiqamətlərinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Təsviri sənət/Memarlıq" adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və internet saytını izləmək tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.