“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq... Bəlkə də... Bilmirəm".
Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Oxu.az-a müsahibəsində deyib.
Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmaması ilə bağlı ona ünvanlanan suala maraqlı cavab verib:
"Səmimi deyim ki, əgər siz mənim cədvəlimə baxsanız, görərsiniz ki, hazırda "bomj" kimi bir həyat yaşayıram. Bir yerdə 2-3 həftədən çox qalmıram. Xaricdə də, Azərbaycanda da evim var, şükür Allaha, amma mənim üçün "sənin evin haradadır?" sualına cavab yoxdur.
Bilirsiniz, işimiz belədir ki, gəlirəm Bakıya, üç həftə burada, on gün başqa yerdə oluram, sonra yenə qayıdıram, yenə gedirəm-gəlirəm və bu proses belə davam edir. O ki qaldı Bakıda, ya Milanda yaşamağa, onsuz da mən hazırda təyyarədə yaşayıram.
Bəzən dostlarım mənə deyir ki, sən göydə daha çox vaxt keçirirsən, nəinki Yerdə. Vallah, düz deyirlər. Ona görə ev məsələsinə gələndə siz məndən soruşsanız ki, sənin evin haradadır, cavab verə bilmərəm".
Qeyd edək ki, 48 yaşlı sənətçi 2015-ci ildə rusəsilli Avstriya opera müğənnisi Anna Netrebko ilə Vyanada nikah bağlayıb. Lakin onlar ötən il ayrıldıqlarını, buna baxmayaraq yenə də birlikdə çıxış edəcəklərini açıqlayıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





