Mədəniyyət

Nizami Kino Mərkəzi tamaşaçılara 5 yeni film təqdim edir

31 Yanvar 2014 10:25
0 Şərh     Baxış: 5 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nizami Kino Mərkəzində yanvarın 30-dan etibarən "Viy" 3D, "Xrabroye serdtse" 3D, "Moi afrikanskiye priklyuçeniya", "Babu" və "Prişestviye dyavola" adlı filmlərin nümayişinə başlanılacaq.

Belə ki, rejissor Oleq Stepçenkonun Nikolay Qoqolun povestinin motivləri əsasında çəkdiyi "Viy" 3D filmi doqquz ilə başa gəlib. XVIII əsrin əvvəlində kartoqraf Conatan Qrin Avropadan Şərqə səyahət edir. Transilvaniyadan keçərkən azdığını başa düşən alim dumanlar arasından balaca kazak kəndinə düşür. Buranın sakinləri qapalı həyat tərzi keçirir və özlərini dünyanın qalan hissəsi ilə münasibətdən uzaq saxlayırlar. Xutorun sakinləri nə gizləyirlər? Nədən qorxub gizlənirlər? Alim Conatan Qrin bu qeyri-adi mifik obraz -Viy ilə bağlı sirri açmaq qərarına gəlir...

Filmin baş qəhrəman obrazını britaniyalı aktyor Ceyson Fleminq yaradıb. Drayv və həyəcanı sevən kinotamaşaçılar filmi böyük maraqla izləyəcəklər.

Alman animatorların çəkdiyi "Xrabroye serdtse" 3D cizgi filmi balaca tamaşaçıları sevindirəcək. Bütün nağıllarda olduğu kimi, bir krallıqda müdrik kral və cəsur cəngavər yaşayırdı. Günlərin bir günü hiyləgər və qəddar olan birisi krallığın hakimiyyətini əlinə keçirmək istəyir. Amma ona mane ola bilən cəngavər Rasti var.

Danimarka kinomotoqrafçılarının "Mənim Afrika macəralarım" filmi macəra, ailə və komediya janrında çəkilib. Berq ailəsi kökü kəsilməkdə olan heyvanlara kömək etmək üçün Afrikaya səyahətə çıxır. Amma heç ağıllarına gəlməzdi ki, onların yoluna, işlərinə qarışmağı sevməyən amansız və qorxulu brakonyerlər çıxacaq...

Ssenari müəllifi İb Kastrul və rejissoru Martin Mie-Renard olan bu film macəra və təbiəti sevən izləyiciləri məmnun edəcək.

Ötən həftə Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilən "Babu" bədii filmi müstəqil Belarus və Azərbaycanın tarixində kinematoqrafiya sahəsində olan birinci layihədir. Film bütün ailənin izləyə biləcəyi çoxjanrlı filmdir. Filmdə detektiv, ekşn janrlarının elementləri vardır, lakin film ilk növbədə dramatik vəziyyətə düşən belaruslu qadınla kiçik azərbaycanlı qızın xeyirxah, bir az sentimental münasibətlərinin tarixi haqqındadır.

ABŞ-ın istehsalı olan "Prişestviye dyavola" filmini rejissorlar Tayler Cillett və Metyu Betinelli Lindsey Devlinin ssenarisi əsasında çəkiblər. Qorxu və mistika janrında olan filmin qəhrəmanları bal ayında keçirdikləri qeyri-adi gecədən sonra, başa düşürlər ki, uşaqları olacaq. Vaxt keçdikcə ər arvadının hərəkətlərində dəyişikliklər hiss edir və onlar bu halları əsəbililiklə bağlı olduğunu zənn edirlər. Lakin bir neçə aydan sonra qadının şüuru və bədənində baş verən qorxunc və dəhşətli dəyişikliklərin əmələ gəldiyi danılmaz olur... Baş rollara Ellison Miller və Zak Qilford çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.