"Həyatım boyu belə bir aləti nə görmüş, nə də ifasını kimdənsə eşitmişdim" - FOTOSESSİYA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rövşən Ritm Qrupu"nun rəhbəri Rövşən Cabbarovun Milli.Az-a müsahibəsi.
- Özünüzü oxuculara necə təqdim edərdiz?
"Rövşən Ritm Qrupu"nun rəhbəri Rövşən Cabbarov.
- Niyə məhz Ritm Qrupu?
- Bu sənətə qısa desəm, Türkiyədə yiyələnmişəm və dünyada virtuoz ustad kimi tanınan Misirli Əhməddən dərslər almışam. Onunla bir neçə böyük çıxışlarımız olub, qrupun adı isə hər yerdə "Misirli Əhmədin Ritm Akademiyası" olaraq təqdim olunurdu, mən də qrupu yaratdığım ərəfələrdə onu da qeyd edim ki, Azərbaycana, sözün əsl mənasında, bir yenilik gətirdiyim üçün bu qrupu öz adımla bağladım.
- Sizi digər ritm qruplarından nə fərqləndirir?
- Digərlərindən fərqimiz öncə fərqli ifalarımız və alətlərimizdir. Öz milli alətlərimizdən tutmuş, demək olar ki, dünyanın ən öndə gedən ritm alətləri məndə mövcuddur. Hindistanın məşhur "tabla" aləti, Kubanın məşhur "konqa" aləti, Afrikanin "tam-tam" aləti, Misirin məşhur darbukalarının bir neçə çeşidləri, Türkiyənin hər növdə məşhur davul dəfləri, İranın zərb alətlərindən, bir sözlə desəm, bütün ritm alətləri məndə var və bu alətlər bizə bütün musiqiləri zənginləşdirməyə imkan yaradır. Bu da bizim fərqlərimizdən ən əsasıdır.
- Kifayət qədər musiqi alətlərindən istifadə edirsiniz. Maraqlıdır, bu alətləri hardan əldə etmisiniz və bunlardan istifadə qaydalarını kimdən, necə öyrənmisiniz?
- Alətləri, demək olar ki, hər birini öz ölkəsindən internet vasitə ilə sifariş verib əldə edirəm. Özüm isə az öncə qeyd etdiyim kimi Türkiyədə yaşadığım illərdə ustad Misirli Əhməddən darbuka dərsi aldım. Bu alətin də sirlərinə orada yiyələnmişəm.
- Darbuka aləti haqqında danışmağınızı istərdik. Çox maraqlıdır, bu alət torpaqdan hazırlanır...
- Alət gildən hazırlanır və məskəni Misirdir. Çox qəliz və çox zəngin alətdir. Deyə bilərəm ki, çox qədimlərə dayanan tarixi var. Mən yaşadığım müddətdə və musiqi tarixində belə bir aləti nə görmüş, nə də ifasını kimdənsə eşitmişdim. Elə bilirəm ki, Allah Təala bunca illərdən sonra bu alətin Azərbaycanda kəşfini və yaşatmağını mənə qismət etdi. Hərdən özümü incəsənət aləmində seçilmişlərdən hiss edirəm. Bu yaxınlarda dövlət kanalımızda belə bir veriliş izlədim, orada bizim nağara alətinin tarixindən danışılırdı və darbuka haqqında da söhbət açıldı, hətta darbukanın nağaradan da çox çox qədim bir alət olduğunu vurğuladılar.
- Şərq ritmlərini qərb ritmlərindən ayıran nədir?
- Şərq və qərb ritmlər dedikdə bu suala belə aydınlıq gətirmək istərdim ki, hər bir ölkənin özünə məxsus milli ritmləri var, hər ölkə öz ritmlərini gözəl şəkildə ifa edərək təqdim edir. Şərq ritmləri dedikdə biz o an ərəb ritmləri düşünürük, qərb ritmləri dedikdə isə Latın-Amerikası, Afrika ritmləri. Amma ümumi ritm dünyasında bu ritmlər cəmlənir və saylara bölünür, saylı ölçülü ritmlər isə stadartlara uyğun deyil, tam tərsi standartlardan kənar ifalar olur. Olduqca çətin və qəliz, qəribə və insanı çox dərinlərə aparır. Ritmləri hər bir sənətkar özü bəstələyir. Bu da qeyri-adi, seçilən olur. Bugünkü gündə mən də öz ritmlərimi bəstələyərək kompozisiyalar hazırlayıram və ritmlərin deyə bilərəm ki, 80 faizi mənim özümə aiddir.
- "Ritm bir dünyadır" və növbəti?
- "Ritm bir dünyadı" bu ad altında mən ritmimi yaşadıram və təbliğ edirəm. Növbəti konsertimiz, inşallah noyabr ayında Bakı Cazz mərkəzində olacaq. Artıq konsertmizin məşqləri başlayıb. Bu konsertdə tamaşaçılarımız daha çox adrenalinli və yadda qalan, gözəl bir konsert izləyəcəklər. Sizləri də konsertimizdə görməyə çox şad olardıq.
Səyavuş Əlizadə
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
























