Sidqi Ruhulla kimi tanınan teatr səhnəmizdə iz qoymuş Ruhulla Fətulla oğlu Axundovun 127 yaşı tamam olub. Sidqi Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olub, ibtidai təhsilini bir kənd müəllimindən alıb. Onun adı Ruhulla, soyadı Axundovdur. Gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyindən Sidqi ləqəbini qəbul edib.
Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirib. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şer və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətdə tərbiyə edib. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.
1904-cü ildə Sidqinin atası ölür. Sidqi ağıllı dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev əşyalarını satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib, Bakıya qayıdır.
1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundovun "Vəziri Xan Lənkərani" komediyasında Teymur Ağa rolunda gördü. Bu andan Sidqinin gələcək taleyi həll olundu. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapıb. Həqiqi teatrı görəndən sonra bu həvəs daha da qüvvətləndi. O, coşğun, alovlu bir hisslə səhnəyə bağlanıb. Xalqa xidmət etməyin vasitəsini tapdı. Ərəblinski ilə dost oldu. Səhnəyə olan həvəsini ona bildirdi. Böyük tragik, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bildi, Sidqini səhnəyə cəlb etdi.
1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, Özü yox" komediyasında Telli rolunda səhnəyə çıxdı (o vaxt səhnəmizdə Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdi). Bu zamandan gənc həvəskarın həyatının əsl məqsədi və mənası müəyyən edilmiş oldu. 1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəyin "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulub.
Son səhnələrdə Sidqi - Rüstəm bəy daha təsirli, daha inandırıcı idi. Gənc sənətkar Rüstəm bəy rolunda Ərəblinskinin ləyaqətli şagirdi olduğunu sübut edirdi. O, hər cür yersiz, süni deklamatorluqdan uzaq idi. Hər bir hərəkətində, tələffüz və ifadəsində son dərəcə təbii və inandırıcı idi. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir.
Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor sifətilə İrana və Cənubi Azərbaycana gedir.
O zaman sovet dövləti görkəmli səhnə xadimi Sidqi Ruhullanın xidmətinə böyük qiymət verib. 1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR xalq artisti, 1949-cu ildə SSRİ xalq artisti adını alıb. Sidqi Ruhulla 1945-1946-cı illərdə "Qırmızı Əmək Bayrağı" ordeni ilə, "Əmək igidliyinə görə" və "Qafqazın müdafiəsi üçün" medalları ilə təltif olunub.
1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Sidqi Ruhullanı anadan olmasının 70 illiyi və səhnə fəaliyyətinin 50 illiyi münasibətilə "Lenin ordeni" ilə təltif edilib.
Simsar.az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Sidqi Ruhullanın 127 yaşı tamam olur
28 Mart 2013 18:03
Baxış: 2 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
-
Heykəltəraş Kamal Ələkbərovun dünyasına emosional ekskurs – zaman və sənət içindən keçən yol - FOTO
-
Yeganə Axundova və Gülsin Onay möhtəşəm konsert proqramı ilə çıxış edib - FOTO
-
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır
-
Azdramada Onore de Balzakın “Atılmış qadın” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Azərbaycan muğamı Almaniyanı fəth edir
-
“Bir az da özümüzdən danışaq” adlı satirik- yumoristik musiqili gecə təqdim olunub - FOTO
XƏBƏR LENTİ
-
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
-
Kloppun "Real Madrid"dən ilk tələbi bəlli oldu
-
"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları
-
Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
-
Sabah qaz kəsiləcək - Bu ərazilərdə - YENİLƏNİB
-
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib - FOTO
-
"Kuruluş Orhan" və "A.B.İ" izləyicilərinə pis xəbər
-
"Arsenal"ın əfsanəvi qapıçısı faciəvi şəkildə həyatını itirdi
-
Heykəltəraş Kamal Ələkbərovun dünyasına emosional ekskurs – zaman və sənət içindən keçən yol - FOTO
-
Bu axşam da seriallar yayımlanmayacaq
-
Məktəbdəki qətliamı qəhrəman aşbaz dayandırıb: "Bıçağı ayağına sapladım"
-
Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO
-
Yeganə Axundova və Gülsin Onay möhtəşəm konsert proqramı ilə çıxış edib - FOTO
-
Messi klub aldı
-
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır
-
Azdramada Onore de Balzakın “Atılmış qadın” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Qərb blokunda "Hörmüz" böhranı: Transatlantik müttəfiqlikdə strateji addımlar
-
Azərbaycan muğamı Almaniyanı fəth edir
-
“Bir az da özümüzdən danışaq” adlı satirik- yumoristik musiqili gecə təqdim olunub - FOTO
-
Şokoladın gizli təhlükələri ortaya çıxdı
-
İkinci Dünya Müharibəsindən sonra ABŞ-də bir ilk: Pentaqon silah istehsalı üçün "düyməyə basdı"
-
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
-
“Euronews” Azərbaycanda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb - VİDEO





