Aktrisa Sona Babayevanın Milli.Az-a müsahibəsi.
- Sona xanım, həyat hamının xəyal etdiyi kimi qurulmur. Bildiyimə görə, sizin də həyatda çətinlikləriniz çox olub...
- Çətinliyim çox olub, amma mən dözə-dözə bu yaşıma çatmışam. Düzdü, uşaqlığım çox çətin keçməyib, hərçənd mən çox erkən ata-anamı itirmişəm. Uşaqlığım uşaq evində keçib. Amma orada mən heç bir əziyyət çəkməmişəm. Çünki ən xoş günlərimi mən burada yaşamışam. Allah rəhmət etsin, mənim Ağalarova Bahar xanım adlı bir gözəl müdürəm var idi. O, özü də çətinliklə böyüdüyündən bizi çox yaxşı başa düşürdü. İlk əvvəllər o yetimləri küçələrdən yığıb balaca bir daxmada onlara sığınacaq yeri ayırmışdı. Ondan sonra yavaş-yavaş ona bir bina verdilər. Biz ona Bahar xanım yox, anacan deyirdik.
Mənim yaxşı səsim olduğundan həmişə uşaqları başıma yığıb mahnı oxuyardım. O vaxtı bir mahnı var idi, düzdü, rus dilindədir, mahnıda belə deyilirdi: "Ana, ay ana sən məni niyə dünyaya gətirdin? Ondan yaxşı sən məni öldürərdin, uşaq evinin çarpayısında uzanmazdım. Oturmuşam çarpayımın üstündə göz yaşımı tökürəm, anamı tez-tez yada salıram, göz yaşımı da silənim yox". Bax belə bir mahnı idi. Həmişə mahnını oxuyub qurtarandan sonra uşaqlar mənə əl çalırdılar. Gördüm ki, bu dəfə mənə əl çalan yoxdur. Sən demə, anacan dayanıb qapıda qulaq asırmış, uşaqlar onu görüb əl çalmaqdan çəkiniblər. Gəlib mənə dedi ki, "Soniçka qızım, sən heç kəsə demə ki, sənin anan yoxdur. Mən sənin ananam".
Bir gün də Yusif Əzimzadə bizim uşaq evinə qonaq gəlmişdi. O "Anacan" pyesini bizim uşaq evinə həsr etmişdi. Bizlə o vaxt tez-tez görüşlər keçirilirdi. Ona görə deyirəm ki, mən uşaq evində çətinlik görməmişəm.
- Müstəqil həyata addım atan zaman necə, həyat sizin üzünüzə güldü?
- Bizdə elə bir qanun var idi ki, yaxşı oxumayan uşaqları sənət məktəblərinə, fabriklərə göndərirdilər. Yaxşı oxuyanları isə saxlayırdılar ki, 10-cu sinifi də bitirsin. 10-cu sinifdə məni bütün uşaq evi üzrə pioner baş dəstə rəhbəri seçdilər. O zaman həm oxuyurdum, həm də işləyib, o vaxtın pulu ilə 450 manat maaş alırdım. Mənim 2 rəfiqəm var idi. Bunların birini fabrikə göndərmişdilər, digərini isə sənət məktəbinə. Mən aldığım bu pulun yarısını bir rəfiqəmə, yarı hissəsini də o biri rəfiqəmə göndərirdim. Bilmirdim ki, bunlar orada işləyib pul qazanırlar.
10-cu sinifi bitirib sənədlərimi İncəsənət Universitetinə verdim. O vaxt belə idi ki, universitetə daxil olandan sonra sən uşaq evindən çıxmalı idin. Məni uşaq evindən xaric etdilər, heç kimim də yox idi, hara gedim axı? Bir həftə bulvarda yatdım. Dərsim 2-ci növbə başlayırdı, dərsdən çıxandan sonra gedirdim kafedə sup yeyirdim, axsam yenidən bulvara gəlirdim. Görürdüm ki, insanlar seyrəkləşdi, kolların arasına girib yatırdım. Səhər lap tezdən dururdum, gedirdim kitabxanaya... Bax belə-belə günümü keçirirdim...
Sonra gördüm ki, soyuqlar gəlir, daha dözə bilmirəm, gəlib universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt da bizim kursda Şahmar Ələkbərov, Tariyel Qasımov, Ağaxan Salmanlı, Səfurə İbrahimova, Həsən Əbluc, Nurəngiz Nur və bir çox tanınmışlar oxuyurdu. Şahmar dedi ki, gedək bizdə qal. Gedib 1 həftə Şahmargildə qaldım. Bir ay Həsən Əbluc, bir ay da bizdə bir oğlan oxuyurdu onlarda qaldım. Gördüm ki, mümkün deyil, gəlib Rauf müəllimə dedim ki, mənim qalmağa yerim yoxdur, istəyirəm universitetdən çıxım. Ağaxanı çağırıb ona 1 otaqlı ev tapmağını tapşırdı. Ağaxan mənim üçün cuhud bir qadının evində sığınacaq tapdı. Mən də o vaxt 22 manat stipendiya alırdım. Məcbur olub 15 manat kirayə pulu verirdim, 7 manatla isə dolanırdım.
- Şəxsi həyatınızda necə, hər şey istədiyiniz kimi oldu?
- Sevib ailə həyatı qurmuşdum. Şəxsi həyatım rəfiqəm tərəfindən dağıldı. Yoldaşım mənə xəyanət etdi, mən isə onun bu xəyanətini götürmədim. Oğlumu tək böyütdüm, toyunu, sağ olsun, teatr etdi. Hazırda oğlumun 36 yaşı var. Oğlum və nəvəmlə yaşayıram. Nəvəm hələ 9-cu sinifdə oxuyur, hərbçi olmaq istəyir. Allahdan arzum budur ki, bircə mənə can sağlığı versin. Nəvəmin arzusunu yerinə yetirmək mənim ən böyük arzumdur.
- Mehdi Məmmədov gənc tələbələrə çox dəstək olurdu. O vaxt Akademik Teatra gətirdiyi gənclərdən biri də siz idiniz. Nə səbəbə bu sənət ocağında qalmadınız?
- Mehdi Məmmədov 2-ci kursdan mənlə Safurəni Akademik Teatra apardı. O, bu teatrda "Şadlıq sorağında"əsərini tamaşaya hazırlayırdı. Mənim də tərəf müqabilim rəhmətlik Ceyhun Mirzəyev idi. Nə isə mən o atmosferaya yovuşa bilmədim. Bizi uşaq evində bir başqa cür böyütmüşdülər. Ona görə biz çox qorxurduq. Mən də bunların bir-biri ilə zarafatlarını görürdüm, nəsə mənə qəribə gəlirdi. Bir gün də rəhmətlik Əli Zeynalov gəlib məni üzümdən öpmək istəyəndə onu itələdim və qaçdım. Getdim çəkildim qırağa. O, bu məşqə gəlmədim. Mehdi Məmmədov məni çağırdı, dedi qızım peşiman olacaqsan, qayıt gəl. Amma özümə söz verdim ki, mən bir daha ora getməyəcəyəm. 3-cü kursda oxuyanda rejissor Zəfər Nemətov və Kərim Həsənov məni Gənc Tamaşaçılar Teatrına dəvət etdilər. Mən bu teatra gələndə elə bildim ki, doğma kollektivimə gəlmişəm. Çox mehriban kollektivimiz var idi, indiyə kimi də elə elədir.
- Bəlkə də, Akademik Teatrda qalsaydınız, teatr fəaliyyətiniz daha da genişlənə bilərdi...
- O cəhətdən düzdür. Hərdən öz-özümə deyirəm ki, Akademik Milli Dram Teatrında qalsaydım, bəlkə də, həyatım başqa cür olardı... Allahın qismətidir.
- Sona xanım, xaraktercə çox sakit xanımsınız. Səhnədə bu sakitlik necə pozulur?
- Mən hiss etmirəm ki, səhnədəyəm. Elə bilirəm ki, olan hadisə elə mənim başıma gəlib. Çünki universitetdə oxuduğum illərdə televiziyada verlişlərə çox çıxırdım. Yeniyetmə illərində çox fəal olmuşam. Rollarım həddindən artıq çox olub. Respublikanın elə bir rayonu yoxdur ki, mən orda olmayım. Bu gün, demək olar ki, mən bütün tamaşalarda varam. Sağ olsun, bizim direktorumuz Mübariz müəllim. Yaş həddi ilə bağlı qanun veriləndə bizi çağırtıdırıb dedi ki, siz mənə lazımsınız... Mən aktrisa olmaqla bərabər ictimai işlərdə də çox fəal iştirak etmişəm.
- Olubmu ki, tamaşanın başlamasına bir neçə saat qalmış aktrisa gəlməsin və siz kimisə əvəz edəsiniz?
- Rəhmətlik Həsən Əbluc "Sağlıq olsun" tamaşasını hazırlayırdı. Mənə bu tamaşada qərhəman qız rolunu vermişdi. Dedim ay Həsən orada 2 dənə süpürgəçi qadın rolları var, mən bu rolu istəmirəm, o rollardan birini ver mənə. Süpürgəçilərdən birini Ruxsarə xanım, o birini isə Süsən xanım oynayırdı. Nəsə qoymadı məni.. Günlərin bir günü Ruxsarə xanım xəstələnir, tamaşa da satılıb... Gəldim dedim Həsən, qoy o rolu mən oynayım, məşq də lazım deyil. Dedi yaxşı, oyna, amma o rolun öhdəsindən gələ bilməsən, səni tamaşadan da çıxaracağam. Ayağımda kişi ayaqqabısı, əlimdə vedrə, süpürgə orta qapıdan səhnəyə daxil oldum. Xəbərimiz yoxdur ki, Həsən də lojada oturub bizə baxır. Həsənin gülüşünü biz səhnədən eşidirik. Bütün zal hamısı gülürdü (gülür). Bizim səhnəyə gəlməyimiz gülüşə səbəb olmuşdu. Tamaşa hamı kimi Həsənin də çox xoşuna gəlmişdi. Bilirsiniz aktyorun yaxşı oynaması rejissordan asılıdır. Biz də rejissorumuzdan asılıyıq. Çox istərdim ki, komik bir tamaşada rol alım. Həmkarlarım da mənə deyir ki, sən komik obrazları çox yaxşı oynayırsan.
- Teatrınızda işləyən gənclərə tövsiyəniz nədir?
- Onlara arzulayıram ki, qəlblərində bu sənətə məhəbbət olsun. Heç bir şeydə tələsməsinlər. Tələs-tələs sənət olmur. Əgər bütün bunlara əməl etsələr, sənətlərində istədikləri zirvəyə çatacaqlar.
Əli Novruzəliyev
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı aktrisa: "Yoldaşım mənə xəyanət etdi, mən isə..." - FOTOSESSİYA
16 Yanvar 2013 09:30
0 Şərh
Baxış: 429

DİGƏR XƏBƏRLƏR
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib - FOTO
-
Bakı Piano Festivalı 2025 Şahin Növrəslinin virtuoz konserti ilə davam edib - VİDEO - FOTO
-
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Sosial şəbəkələrdə paylaşılan aparatla 9 santimentrə qədər boy uzadılır? - VİDEO
-
Rusiya-Ermənistan iqtisadi münasibətlərində böyük təhlükə
-
İnsan əbədi yaşaya bilərmi? - Mümkün ola bilər, amma əsas şərt var
-
Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz
-
Sevilən cütlük boşanır? - Qala gecəsinə gəlmədi...
-
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi
-
Ən uzun batareya ömrünə malik telefon markaları - SİYAHI
-
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
-
“Çəkiliş üçün 20 min manat istəyirəm”
-
12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?
-
Günün qoroskopu: Sağlamlıqla bağlı kiçik narahatlıqları nəzərə alın
-
Qaani sağ imiş
-
Fransa nəhəngi aşağı liqaya yuvarlandı
-
Netanyahu: İsrail "tarixi qələbə" qazanıb
-
Təranənin qızının göz yaşları sel oldu - "Anam azadlığa..." - VİDEO
-
Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı - FOTO
-
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
-
İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər
-
İran hava məkanını açdı
-
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir - VİDEO
-
Binaların tikintisi üçün yeni qaydalar qəbul edildi
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Nazpərinin qəribə hobbisi
-
“Atəşkəs qüvvədə qalır”