Mədəniyyət

“Vyanadan Bakıya” - Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti - (Foto)

3 Oktyabr 2026 14:41
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festival çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Avstriyalı dirijor, bəstəkar və aranjimançı Markus Geiselhartın rəhbərliyi və Estrada-simfonik orkestrinin müşayiətilə "Orient express - Vyanadan Bakıya" adlı konsert proqramı təqdim olunub. Müasir orkestr cazı, improvizasiya və milli musiqi çalarları bir araya gətirilərək dinləyicilərə Vyanadan Bakıya uzanan özünəməxsus musiqi səyahəti yaşadıb.

Konsert proqramında Markus Geiselhartın müəllif əsərləri ilə yanaşı, Rafiq Babayev, Rauf Hacıyev və digər Azərbaycan bəstəkarlarının, eləcə də xarici bəstəkarların əsərləri səsləndirilib.

Konsertdə solo alt saksofon - Azad Quliyev (Əməkdar artist), solo trumpet - Firudin Həmidov, solo tar - Atabəy İsmayılov, solo zurna və tütək - Hakim Abdullayev, solo fortepiano - Afşin Əlizadə, Elbəy Məmmədzadə və Əli Cəfərzadə, vokal - Fəxri Kazım-Nicat çıxış ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.