Bakıda “Avropanın İrsi” mövzusunda iki günlük yaradıcı vorkşop başa çatdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Avropanın İrsi" mövzusunda iki günlük yaradıcı vorkşop başa çatdı. Tədbir Avropa İttifaqı və Arts Council Azerbaijan QHT tərəfindən təşkil olunub.
Vorkşop ticarət mərkəzlərində keçirilib və rəssamları, eləcə də geniş ictimaiyyəti Avropa mədəni irsi mövzusu ətrafında bir araya gətirib. Məhz bu məkanların seçilməsi təsadüfi olmayıb. Təşkilatçılar incəsənəti ictimai məkana çıxararaq onu daha geniş auditoriya üçün əlçatan etməyi hədəfləyiblər. Ticarət mərkəzində keçirilən format təsadüfi ziyarətçiləri, ailələri və gəncləri prosesə cəlb edərək yaradıcı mühiti cəmiyyətlə canlı dialoqa çevirib.
İlk gün proqram "Detache-Sabah" skripka ansamblının çıxışı ilə müşayiət olunub və bu, tədbirə xüsusi ab-hava qataraq bədii atmosferi daha da gücləndirib. İki gün ərzində ziyarətçilər əsərlərin real vaxt rejimində necə yaradıldığını izləmək imkanı əldə ediblər.
Vorkşopda rəssamlar Nigar Müslimova, Ləman Hacıyeva, Sevinc Əhmədova, Raul Sadıqov, Oksana Kazımova, Leylifar Museyibova, Ülviyyə Xeyrullazadə, Təranə Əliyeva, Eldar Babazadə, Sevinc Gəncəliyeva, Banu Əhmədzadə, Turanə Hüseynova, Nailə Məhərrəmova, Asmar Azadi, sevda Rüstəmova, Röya Həsən, Leyla Orucova, Samir Qafarov və Günay İbişova iştirak ediblər.
Rəssamlar Avropa irsini rəngkarlıq vasitəsilə öz baxış prizmasından təqdim edərək memarlıq abidələrini, mədəni simvolları, tarixi obrazları və müasir Avropa dəyərlərini interpretasiya ediblər. Tamaşaçılar kompozisiyaların formalaşmasını, rəng palitrasının seçilməsini və hər bir əsərin bədii konsepsiyasının yaranmasını maraqla izləyiblər.
FantazEU 2026 festivalının təşkilatçıları bu mühüm mədəni hadisənin uğurla həyata keçirilməsinə verdikləri töhfəyə görə bütün iştirakçılara təşəkkürlərini bildiriblər.
Festivalın missiyası mədəni üfüqlərin genişləndirilməsi və Avropa ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
-
Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
XƏBƏR LENTİ
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Cəlilabadda transformator yanıb
-
Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
-
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian
-
"Fənərbağça"da hücumun mərkəzinə iki namizəd var
-
Tramp: İran iqtisadi baxımdan çox pis vəziyyətdədir
-
Günün qoroskopu: Şəxsi münasibətlərinizdə yeni mərhələ başlayır
-
Alina Boz uşağının cinsiyyətini açıqladı (Video)
-
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar (Foto)
-
Sabah bir neçə rayonda işıq olmayacaq - Yenilənib
-
Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Rusiyanın Suriyadakı hərbi obyektləri Dəməşqin nəzarətinə keçəcək
-
Sığorta bazarında yeniliklər gözlənilir (Video)
-
"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)
-
Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
-
Həsən Seyidbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
Hövsanda yeni stadionlar tikilir - (Video)
-
17 yaşlı qız Kürdə batıb - Yenilənib
-
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
-
“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı





