“ART OLİMPİA 2025” incəsənət və rəqs müsabiqəsi keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında və paralel olaraq Bakı Gənclər Mərkəzində "ART OLİMPİA 2025" incəsənət və rəqs müsabiqəsi keçirildi.
"ART OLİMPİA 2025" müsabiqəsinə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Ağdaş, Ağdam, Yevlax, Mingəçevir, Oğuz, Şəki, Goranboy və sair bölgələrimizin uşaq musiqi və incəsənət məktəblərindən, mədəniyyət saraylarından iki mindən çox iştirakçı qatılıb. Bu iştirakçılar iki gün ərzində öz nominasiyaları və yaş qrupları arasında incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət, bədii qiraət) üzrə gərgin mübarizə aparıblar.
Öz qalibiyyətləri ilə seçilənlər Ağdaş rayon Habil Əliyev adına 1 №-li Uşaq Musiqi Məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası, Ağdam şəhər C.Qaryağdıoğlu adına UİM, Goranboy rayon Düzqışlaq kənd UMM, rəqs incəsənət növündə isə "Qaval Rəqs Ansamblı", "Grasiya İK" qrupu olub.
Çıxışlarından sonra iştirakçılar "Azərbaycan Gənclər İttifaqı" İctiami Birliyinin sədri Zakir Əliyev tərəfindən təntənəli şəkildə mükafatlandırılıblar. Müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "GRAND PRİX" adına layiq görülüblər.
2 gün paralel olaraq iki fərqli məkanda təşkil olunan irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: " Bu müsabiqə uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə, gənclər arasında mədəni dialoqun formalaşmasına xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq".
Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə, ədalətli seçimlərinə və yorulmadan böyük zövqlə fəaliyyət göstərən 19 nəfərlik dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.
Zakir Əliyev isə qeyd edib: "Öncəliklə, bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm! Növbəti beynəlxalq müsabiqələrimizə isə digər ölkələrin təmsilçilərini də gözləyirik. Azərbaycanı təmsil edəcək komandaları da beynəlxalq müsabiqələrdə görmək istəyirik. Əminik ki, iştirakçılarımız ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər".
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi





