Mədəniyyət

Mərdəkanda “Açıq səma altında” adlı plener baş tutdu - FOTO

22 Aprel 2025 15:37
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19 aprel 2025-ci il tarixində Arts Council Azerbaijan təşkilatının Mərdəkan qəsəbəsində yerləşən art-rezidensiyasında "Açıq səma altında" adlı plener keçirildi. Layihənin rəhbəri rəssam və sənətşünas Dadaş Məmmədovdır.

Plenerin əsas mövzusu Azərbaycanın qeyri maaddi irsi və milli dəyərləridir. Bu interaktiv yaradıcılıq tədbiri istedadlı rəssamların dəstəklənməsi və inkişafı, eyni zamanda mədəni kimliyimizin incəsənət vasitəsilə təbliğ olunması məqsədilə təşkil olunmuşdur.

Layihənin məqsədi - rəssamlar üçün qeyri-rəsmi bir mühitdə bir araya gəlmək, açıq havada əsərlər yaratmaq, təcrübə, ideya və yaradıcılıq enerjisi ilə bölüşmək imkanı yaratmaqdır. Bu cür plenerlər müxtəlif nəsillərə məxsus rəssamlar arasında canlı ünsiyyətə, sənətkarlıq bacarıqlarının inkişafına və yaradıcılıqlarının tanıdılmasına şərait yaradır.

Ənənəvi olaraq, iştirakçılar səhər saatlarından etibarən açıq havada işləməyə başladılar. Plenerdə həm gənc istedadlar, həm də tanınmış fırça ustaları iştirak edirdi.

İştirakçılar:

Mələk Abbaszadə, Ləman Hacıyeva, Hüseyn Kəngərli, Ruslan Rüstəmov, Dadaş Məmmədov, Oksana Kazımova, Ülviyyə Xeyrullayeva, Leyli Musəibova, Sevda Rüstəmova, Sevinc Gəncəli, Banu Əhmədzadə, Rəşidə Əliyeva, Aydan Məmmədli, Nigar Müslimova.

Plener yaradıcı ifadə və özünüinkişaf vasitəsi kimi sənət mühitinin dəstəklənməsində və rəssamlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.