Martın 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçirilib.
Qax rayonu Qaxingiloy kənd Mədəniyyət Evində təşkil olunmuş tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov və MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq, layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar.
Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Xalq artisti Zabit Nəbizadə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb. Dillər əzbəri olan mahnı və təsniflərdə yol verilən orfoqrafik həmçinin məzmun səhvlərindən danışılıb, ifaçılıqda mətnin dərk edilməsinin əhəmiyyəti vurğulanıb.
Ustad dərsi formatında keçən görüşdə Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi Rəis Niftəliyev, 3-cü kurs tələbəsi Ruhəngiz Musayeva, həmçinin Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Elmir Cəfərli, Elvin Məmmədov və Qax şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Aqşin Dostuyev, Səma Şərifova, Aksana Cumayevanın ifasında müxtəlif xalq mahnıları və təsniflər səsləndirilib. İfaçıları tarda Altay Niftəliyev, Səxavət Cumayev, Məhəmməd Məhəmmədkərimov, kamançada Araz Ağaverdiyev, Hamil Lətifov, Azad Quliyev və nağarada Xaləddin Əsgərov müşayiət ediblər.
Tədbirdə regionda yerləşən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qaxda “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Zabit Nəbizadə ilə görüş keçirilib - FOTO
6 Mart 2025 21:21
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur - FOTO
-
“Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur?” - Rəsmi cavab - FOTO
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası ilk dəfə olaraq musiqi psixologiyası üzrə təlimlərə start verir!
-
“Milli musiqi kimliyimiz” layihəsi: Şəhriyar adına Mərkəzdə möhtəşəm konsert - FOTO
-
Şəfiqə Axundova kimdir? - Sənətinə görə ailəsi dağılan bəstəkar - FOTO
-
Arif Babayevin qəbirüstü abidəsinin hazırlanması niyə gecikir?
XƏBƏR LENTİ
-
Əfsanəvi İtalyan deserti: Orijinal klassik Tiramisu resepti
-
İlin 9 ayı donan kənd: Min illik ənənə ilə həyatda qalırlar
-
Axtarışda olan türkmənistanlı idmançı Azərbaycanda ələ keçdi
-
Uşaq xəstəxanaya, ana isə psixiatriya müəssisəsinə yerləşdirildi - Rəsmi
-
Az adamın gördüyü tarixi FOTOlar: Keçmişin bilinməyən tərəfləri üzə çıxdı
-
“Fatih” serialdan çıxarıldı
-
2026-cı ilin ilk "partlayışı": Suya batırılmış düyü kağızı - Dadmağa dəyər, yoxsa sadəcə reklamdır?
-
Noa Lanqın transfer qiyməti açıqlandı
-
Günün qoroskopu: Aktivlik və hərəkət sizə enerji verəcək
-
ABŞ, Rusiya və Ukrayna razılığa gəldi
-
Bu Avropa ölkəsi Trampın "Sülh Şurası" dəvətini rədd etdi
-
Hazırlanması 6 saat çəkir: Dadına baxan bir də istəyir
-
Putin Arktika üçün Trampa meydan oxudu: "Hər bir halda davam edəcəyik"
-
Tramp onu Davosda çıxış etməyə qoymadı
-
"Bütün qızlar onun kimi olmalıdır"
-
Kirayə yolu ilə mənzil almaq istəyənlərə şad xəbər
-
"Qarabağ" nigeriyalı hücumçunu transfer etməyə yaxındır
-
Dəmlənmiş çaydan möhtəşəm desert: Yumşaq kremli tort resepti
-
Qışda maşını istifadə etmirsinizsə, bunu mütləq edin
-
Soyuq günlərdə "həyat qurtaran" 8 ədviyyat: Qışın şəfa mənbələri
-
Qazaxıstanlı model rus bloqeri amansızcasına döydü - FOTO
-
Şəhid bacısı qara görə 3 gün sonra dəfn edildi - VİDEO
-
Jalə Əhmədovaya vəzifə verildi
-
Elnarə niyə həmin görüşdə yox idi?





