Mədəniyyət

Tanınmış rəssam vəfat etdi - FOTO

3 Sentyabr 2024 17:32
Baxış: 2 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış rəssam Aydın Rzaquliyev vəfat edib.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki,  bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyası məlumat yayıb.

Qeyd edək ki, Aydın Rzaquliyev 7 iyun 1953-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində anadan olub. O, 1973-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə isə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda Şüşə və keramika fakültəsini bitirib. Rəssam 1983-cü ildən mütəmadi olaraq respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. O, "İki nəfər", "Daşda həkk olunmuş Ay" və Azərbaycan nağıllarının qəhrəmanlarına həsr olunmuş keramik fiqurların müəllifi idi.

Qeyd edək ki, Aydın Rzaquliyev Azərbaycan boyakarı, qrafiki Əməkdar rəssam Ələkbər Quliyevin oğlu idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.