Gənc kinoaktyor Elvin Əhmədovun Milli.Az-a müsahibəsi.
- Sənətə gələndə idealınız kim olub? Sənətin sirlərini kimdən öyrənmisiniz?
- Mənim sənətdə idealım Həsən Məmmədov və Fəxrəddin Manafov olub. Uşaq vaxtından bu iki sənətkara pərəstiş etmişəm. Bax bunlar mənim idealımdır. Sənətin sirlərini hələ də öyrənməyə davam edirəm. Bu gün Azərbaycanda bir nömrəli rejissor saydığım Elxan Cəfərovdan öyrənirəm. İstər nəzəri cəhətdən, istərsə də praktiki cəhətdən. Ömrümün axırına kimi də ondan öyrənməyə çalışacağam.
- Elxan Cəfərovun rejissorluq etdiyi "Dolu" bədii filmində baş rolda çəkilmisiniz. Bu filmə necə dəvət gəldi sizə?
- Məni filmin ikinci rejissoru, əməkdar artist Əliqulu Səmədov rejissor assistenti kimi dəvət etdi. Bir müddət, demək olar ki, filmdə rejissor assistenti kimi işlədim. Elxan Cəfərov məni görəndən sonra baş rollardan birini mənə vermək istədiyini bildirdi. Sözün düzü, çox sevindim, qorxmadan bu cür möhtəşəm filmdə çəkilməyi qəbul etdim. Filmin əksər çəkilişləri İsmayıllıda, qalan çəkilişlər isə Ağcabədi, Ağdam, Xızı, Sumqayıt və Şəmkirdə baş tutdu. Mənim rolum da Pələng obrazıdır, tamamilə sülhsevərdir, müharibəyə qarşıdır. Bu obraz insan ölümünü, müharibəni qəbul etmir. Buna görə də bir çox rollardan fərqlənir. Filmin sonlarında isə bu obraz öz insanlığını, qəhrəmanlığını göstərməyə başlayır. Detallar çoxdur, bunun filmdə özünüz də şahidi olacaqsınız. Artıq filmin musiqisi yazılır, ehtimal var ki, kino günündə film təqdim olunsun.
- İnanırsınızmı ki, tamaşaçıların, ən əsası da qızların bu rol ilə sevgisini qazanacaqsınız?
- Bəli, inanıram ki, tamaşaçıların çox xoşuna gələcək. Axı biz sülhsevər ölkəyik. Filmə baxan sənətkarların dediklərinə görə, bu filmdəki ölüm səhnəsi heç bir Azərbaycan filmində reallaşmayıb. Çox təsiredici kadrdır. Təbii ki, bir aktyor kimi istəyirəm ki, rolum kütlə tərəfindən bəyənilsin. Qızlara gəlincə isə, elə indi də sevgilərini qazanmışam (gülür).
- Gənc aktyor Elvin Əhmədov öz gələcəyini necə qurmaq istəyir?
- Kurs rəhbərim əməkdar artist Qəmər Məmmədova olsa da, özüm rejissorluq üzrə təhsil almışam. Mənim kinostudiyaya gəlməkdə məqsədim rejissorluğun sirlərini öyrənməkdir. Amma əgər sanballı, səviyyəli, "Dolu" kimi bir filmə dəvət alsam, təbii ki, qəbul edəcəyəm. Dəvət etsələr, mən filmin həcminə, gözəlliyinə, rolun necəliyinə baxacağam. Gənc olsam da, bu sözləri deməliyəm, bir az təkəbbürlü səslənsə də. Bu yaxınlarda bir seriala dəvət alsam da, təklifi qəbul etmədim. Qoy "Dolu" filmi ekranlara çıxsın, o zaman biləcəklər ki, niyə qəbul etmədim.
- Özünüzü bu rola necə hazırladınız? Elxan Cəfərov kimi rejissorun sevgisini qazanmaq da hər aktyora qismət olmur.
- Belə demək mümkündürsə, Elxan müəllimin səyi nəticəsində hazırlaşmamış hazır oldum. Rolumu bacardığım qədər yaxşı oynamışam, inşallah, ekranlara çıxan zaman bunu görəcəksiniz. Onu deyə bilərəm ki, bu film həyatımda dönüş edəcək. Çalışmışam ki, film ərsəyə gələnə qədər rejissorun bütün tapşırıqlarını yerinə yetirim.
- Rejissorluq fəaliyyətinizdən nə danışa bilərsiniz?
- Artıq rejissor kimi iki klip çəkmişəm. Əsasən bu işləri sifarişlə görürəm. Gələn ay, inşallah, Füzuli rayonunda bədii-sənədli film çəkəcəyəm. Bu filmin də baş məsləhətçisi Elxan Cəfərov olacaq. İndi yaşıdlarım var ki, özlərinə rejissor deyirlər. Amma tələsmək lazım deyil (gülür). Sənətkarların, rejissorların yanında mən heç vaxt "rejissor" sözünü işlədə bilmərəm.
- Gənclərin teatra marağı bir o qədər də yoxdur... Siz necə, özünüzü teatrda sınamaq istərdiniz?
- Teatr aktyoru olmaq çox çətindir. O demək deyil ki, kino aktyoru olmaq asandır. Onu bilirəm ki, teatra getsəm, orada çox qala bilmərəm. Amma teatrda tamaşalara baxmağı çox sevirəm.
- Xəyallarınızda elə bir rol varmı ki, onu yaratmaq istəyirsiniz?
- Mən düşünürəm ki, elə "Dolu" filmindəki Pələng rolu mənim xəyallarımdakı rol idi. Bunu da, şükürlər olsun ki, yaratdım. Fəxr edirəm ki, mən bu rolu oynamışam.
- İnsana sevdiyinin yoxluğunu kim və nə unutdura bilir?
- Mən bunu yaşamış insan kimi sənə cavab verəcəyəm. Bu yaxında çox yaxın və dəyərli insanımı, mənəviyyatımı itirdim. Onun yoxluğunu heç kim və heç nə əvəz edə bilməz. Yalnız onun qədər sevdiyim insanın can sağlığı mənə təsəlli verə bilər, unutdurmaz.
Əli Novruzəliyev
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı aktyor: "Qızlara gəlincə isə..." - FOTOSESSİYA
27 İyun 2012 01:30
10 Şərh
Baxış: 14 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ilk Milli Koxlear İmplant Forumu baş tutacaq - FOTO
-
Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu – FOTO
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti möhtəşəm konserti təqdim olundu - FOTO
-
"Azərbaycan Muğamı" layihəsi çərçivəsində təqdim olunan “Muğam dəstgahları” konserti keçirilib - FOTO
-
Hacıbaba Hüseynovun xatirəsinə həsr olunmuş “Nadir yaradıcılıq gecəsi” keçiriləcək - VİDEO
-
MEMİM “Sənət dialoqu” adlı yeni layihəyə başlayır - İlk görüş Təranə Muradova ilə keçiriləcək
XƏBƏR LENTİ
-
Kartof kotletinin yanına nə hazırlamalı?
-
Dünyanın ən qonaqpərvər ölkələri açıqlandı - siyahı
-
Uşaqlarda yorğunluğun əsas səbəbləri BUNLARDIR
-
Ramazanda xurma istehlakının faydaları NƏLƏRDİR?
-
Bahalı kosmetikaya ehtiyac yoxdur – Hər səhər limon və zeytun yağı için
-
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırır - YENİLƏNİB - VİDEO
-
Qarın hündürlüyü 3 metri keçdi, evlər “yoxa çıxdı” - FOTO
-
Elvin "Pro Max" - VİDEO
-
Ramazan ayında sağlam qidalanma necə olmalıdır?
-
ABŞ İsrailə 10-dan çox F-22 qırıcıları göndərdi
-
12 kənd işıqsız qalacaq
-
Luvr muzeyinin direktoru istefa verdi
-
İlk dəfə ABŞ “Prezidenti” olacaq
-
Elgiz və Tolikin verilişi bağlanır
-
"Real Madrid"in ulduzu növbəti 3 oyunu buraxacaq
-
Daha bir estetik mərkəzdə qalmaqal - üzü iflic olub, kəllə beyin travması alıb - VİDEO
-
"Atletiko Madrid" rəqibini böyük hesabla məğlub etdi
-
Pensiya alanlara şad xəbər: Mart ayında...
-
Günün qoroskopu: Maddi vəziyyətinizdə ciddi yüksəliş gözlənilir
-
Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB
-
Satın aldığı təyyarəni bağçasında basdıracaq - FOTO
-
"Real Madrid" ulduz yarımmüdafiəçi üçün danışıqlara başlayır
-
Burak Özçivitdən nəhəng yatırım: Az qala bir qəsəbəni aldı
-
"Qarabağ" üçün qürur MATÇI - Start heyətlər




























