“Adım Azərbaycanda çox müzakirə olundu” - “Qarabağ”ın futbolçusu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın müdafiəçisi Dani Bolt Braziliya mətbuatına müsahibə verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ağdam klubunun uğurlarından və Azərbaycandakı durumundan danışıb.
"Komandamız Bakıda məskunlaşıb. Amma burada mühit çox pozitivdir. "Qarabağ"ın fərqi kollektividir. Bizim çox güclü və təvazökar bir komandamız var. Qaçmalı olduğumuzda qaçırıq, müdafiəyə ehtiyac olduğunda müdafiə olunuruq. Hər gün bir faiz daha yaxşı olmağa çalışmaq, bir oyunu qazanmaq özünəinam gətirir, digərini qazanmaq daha çox təcrübə. Futbolda müəyyən bir formula yoxdur, amma şükürlər olsun ki, işlər yolundadır", - futbolçu deyib.
Bolt ona Yamaykalı atlet, Olimpiya çempionu Usein Bolta görə verilən ləqəbindən söz açıb. O bildirib ki, Azərbaycana gələrkən adı çox müzakirə olunub: "Bolt" adı burada çox müzakirə edildi. Çox insan bu barədə soruşdu. Mən konteksti izah etdim. Bildirdim ki, sürətim səbəbilə belə adlandırılmışam. Amma mənim üçün fərqi yoxdur, Daniel və ya Bolt deyə çağırıla bilərəm".
Müdafiəçi ölkəmizdəki yaşayışından da söz açıb: "Mədəniyyət Braziliyadan çox fərqlidir, amma xarici kimi burada yaşamaq çox yaxşı oldu. Klubda çox pozitiv bir mühit var, insanlar çox qonaqpərvər və köməksevərdir. Ölkə çox gözəldir və işıqlı şəhərləri var. Təcrübəm çox yaxşıdır".
O, Çempionlar Liqası xəyalından da söz açıb: "Çempionlar Liqasında oynamaq hər gənc futbolçunun xəyalıdır. Bu, böyük komandalar və oyunçularla mübarizə aparmaq üçün bir fürsətdir. Biz həmişə daha çoxunu istəyirik, amma burada oynadığım üçün minnətdaram".
"Biz bilirdik ki, çox çətin oyun olacaq, böyük komandaya qarşı oynayacağıq. Amma gözləntilər pozitivdir. Futbolda da, həyatda da nəyi idarə edə biləcəyimizə fokuslanmalıyıq. 90 dəqiqədə əlimizdən gələni etməyə çalışacağıq. Kim yaxşı oynayarsa, irəliləyəcək", - futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə "Nyukasl"a 1:6 hesablı məğlubiyyətdən və qarşıdakı cavab matçından danışarkən əlavə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
XƏBƏR LENTİ
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?





