Ramazan ayında sağlam qidalanma necə olmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ramazan ayında uzunmüddətli oruc və susuz qalmaq bədənin enerji, maye və mineral balansına müvəqqəti təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış sahur və iftar menyusu ilə bu dövrü daha rahat və sağlam keçirmək mümkündür.
Həkimlərin sözlərinə görə, yemək sayının azalması və yuxu rejiminin dəyişməsi gün ərzində halsızlıq, baş ağrısı və diqqət azalmasına səbəb ola bilər. Buna görə də Ramazan boyunca balanslı və şüurlu qidalanma əsas şərtlərdən biridir.
Mütəxəssislər sahuru buraxmağın oruc müddətini daha da ağırlaşdırdığını və gün ərzində yorğunluq riskini artırdığını vurğulayırlar. Sahur zamanı:
Zülalla zəngin qidalar (yumurta, qatıq, pendir, paxlalılar) , lifli məhsullar (tam taxıllar, yulaf, kəpəkli çörək), təzə tərəvəz və göyərti seçilməsi tövsiyə olunur. Bu qidalar daha uzun müddət toxluq hissi yaradır və enerji səviyyəsinin stabil qalmasına kömək edir.
İftar zamanı uzunmüddətli aclıqdan sonra həddindən artıq yağlı və şəkərli qidalara üstünlük vermək həzm problemlərinə səbəb ola bilər.
Orucu yüngül və balanslı qidalarla açmağı,
Qızardılmış və çox şirniyyatlı məhsullardan uzaq durmağı,
Yeməyi tədricən və porsiyalara bölərək qəbul etməyi
məsləhət görürlər.
Maye qəbulu xüsusi önəm daşıyır
İftarla sahur arasında kifayət qədər su içmək vacibdir. Meyvə və tərəvəzlərin yüksək su tərkibi də maye balansının qorunmasına dəstək verir. Qazlı və çox şirin içkilər əvəzinə su və ya şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyada bu meyvə bahalaşacaq
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir
-
Demet Akalın əri ilə illərdir ayrı yatır
-
Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
-
Bakıda yeni park salınır - (Foto)
-
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
-
Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır
-
Boşanan Nara bu dəfə aktrisalığı ilə gündəmdə – Səhnələri müzakirə yaratdı - (Fotolar)
-
Prezident İlham Əliyev: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub





