Satın aldığı təyyarəni bağçasında basdıracaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərənin Derbişir bölgəsində yaşayan mühəndis və yutuber Deyv Billinqs hər kəsi təəccübləndirən bir layihəyə imza atıb. O, "Facebook Marketplace" üzərindən satın aldığı köhnə sərnişin təyyarəsinin gövdəsini bağçasında torpağın altına basdıraraq onu yeraltı sığınacağa çevirməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, 44 yaşlı mühəndis 1993-cü il istehsalı olan "Boeing 737-500" təyyarəsinin gövdə hissəsini cəmi 4 min funt-sterlinqə (təxminən 8700 AZN) alıb. Bu təyyarə son uçuşunu 2013-cü ildə həyata keçirib.
Billinqs 2021-ci ildən bəri evinin altında əl üsulu ilə tunellər və otaqlardan ibarət geniş bir sistem inşa edir. O, təyyarə gövdəsini bu mövcud yeraltı şəbəkəyə inteqrasiya etmək niyyətindədir.
Mühəndis təyyarənin daxili quruluşunu, xüsusən də mətbəx və ayaqyolu hissəsini qoruyub saxlamaq, plastik üzlüklərin altındakı alüminium karkası isə üzə çıxarmaq istəyir.
Sığınacağa giriş köhnə bir su quyusu və ya evdən uzanan dar tunel vasitəsilə olacaq. Hətta mühəndis yuxarıdan aşağı enmək üçün köhnə telefon köşkü daxilində lift quraşdırmağı da düşünür.
Deyv bu qərara 7 yaşlı oğlunun təyyarələrə olan böyük marağına görə gəldiyini deyir. Həyat yoldaşı isə əvvəlcə bu ideyaya şübhə ilə yanaşsa da, artıq layihənin bir hissəsidir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi





