Cəmiyyət

Fevralın 25-də qar yağacaq, duman olacaq - PROQNOZ

24 Fevral 2026 12:47
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.