Mədəniyyət

Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu – FOTO

24 Fevral 2026 16:06
Baxış: 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu.

Konsert proqramı klassik musiqinin görkəmli nümayəndələrinin əsərləri ilə zəngin olub. İlk olaraq W.A.Mozart-ın "Fiqaronun toyu" operasından uvertürası səslənib. Daha sonra bəstəkarın piano və orkestr üçün 12 nömrəli konserti (A-dur) səsləndirilib. Üç hissədən ibarət olan bu əsər Səidə Tağızadə (piano) tərəfində ifa olundu.

Proqram F.Mendelssohn-un simlilər üçün 10 nömrəli simfoniyası (b-moll) ilə davam edib. Ardınca dinləyicilərə J.Haydn-ın piano və orkestr üçün 11 nömrəli konserti (D-dur) təqdim olunub. Bu əsərdə də solist kimi Səidə Tağızadə çıxış edib.

Konsert boyu tamaşaçılar klassik irsin parlaq nümunələrini orkestrin peşəkar ifasında dinləmək imkanı qazanıblar.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.