Körpələrdə “qəfil ölüm sindromu” nədir? – Pediatr risk faktorlarını sadaladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Südəmər yaşda "qəfil ölüm sindromu" adlandırılan hal mövcuddur".
Milli.Az-ın məlumatına görə, bunu pediatr Vaqif Qarayev deyib.
V.Qarayevin sözlərinə görə, bəzən tam sağlam görünən körpələr yuxuda qəfil həyatını itirə bilirlər.
Pediatr qeyd edib ki, tibbi ədəbiyyatda bu sindromla bağlı müxtəlif səbəblər göstərilir:
"Erkəndoğum, ananın yeniyetmə olması, hamiləlik dövründə alkoqol və siqaretdən istifadə kimi hallar bu səbəblərdəndir".
Qeyd edək ki, Goranboyda 2025-ci il təvəllüdlü körpə ölüb. Ona peyvənd vurulduğu və iynəni təsirindən şoka düşərək vəfat etdiyi vurğulanıb.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, fevralın 20-si 02.04.2025-ci il təvəllüdlü azyaşlı Mirzəyev Nihat Sərvan oğlu Yuxarı Ağcakənd tibb məntəqəsində yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib: "Milli Peyvənd Təqviminə əsasən göyöskürək, difteriya, tetanus, b tipli Haemophilus influenzae, hepatit B və poliomielit infeksiyalarına qarşı 6 komponentli (Heksaksim) peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin 2-ci dozası tətbiq edilib.
Peyvənddən sonra azyaşlı tibb məntəqəsində müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya digər klinik dəyişiklik qeydə alınmayıb. Gün ərzində uşağın səhhəti ilə bağlı narahatlıq müşahidə edilməyib.
Fevralın 21-i saat 13:10 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndindən təcili tibbi yardıma çağırış daxil olub. Təcili tibbi yardım briqadası saat 13:25-də Şəfəq-Qaraçinar ərazisində çağırış edən şəxslərlə qarşılaşıb və 2025-ci il təvəllüdlü azyaşlının ölüm faktını təsdiq edib. Ölüm hadisəsi ev şəraitində baş verib.
Azyaşlının meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisənin zaman intervalı və klinik gedişi anafilaktik reaksiyanın tipik xüsusiyyətlərinə uyğun deyil. Anafilaktik reaksiyalar adətən peyvənd tətbiqindən sonra bir neçə dəqiqə, ən gec bir neçə saat ərzində inkişaf edir və kəskin klinik əlamətlərlə müşayiət olunur. Mövcud məlumatlara əsasən ölüm hadisəsinin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur.
Hazırda fakt üzrə müvafiq qaydada araşdırma davam edir və yekun rəy məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra açıqlanır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
-
General Natiq Əliyevin qızı saxlanıldı
-
Bu yollarda tıxac var - Siyahı
-
Arif Mirzəyev vəfat etdi
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
-
Nahamar yolda sürətə nəzarəti itirən sürücü və sərnişini həlak oldu
-
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
-
Rəsmi qarşılama mərasimində fəxri qarovulun 2 üzvü huşunu itirdi - (Video)
-
“Çelsi”nin futbolçusu 400 minlik "Ferrari"si ilə qəzaya düşdü - (Foto)
-
ABŞ-da üçmərtəbəli bina çökdü: Ölənlər və yaralananlar var
-
Nvidia rəhbəri ilə bağlı şok iddia: Çin kəşfiyyatı, milyardlar və gizli münasibət
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Rəna Ağamuradova: “Desəm, sevgilim məni öldürər”
-
General Natiq Əliyevin qızı saxlanıldı
-
Qəbiristanlıqda təkgözlü körpə skeleti tapıldı
-
Rusiyada zəlzələ oldu
-
Bu yollarda tıxac var - Siyahı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb





