Axşam saatlarında Xankəndidə həyat - XÜSUSİ REPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gün batanda şəhərlər başqa cür görünür. İşıqlar yanır, küçələr canlanır, insanlar evə tələsir. Amma elə şəhərlər var ki, orada axşam düşməsi təkcə günün bitməsi deyil, həm də həyatın qayıdışının simvoludur. Bu gün sizi Qarabağın ürəyinə - Xankəndiyə aparırıq. Axşam saatlarında bu şəhərdə həyat necə davam edir? Küçələrdə hansı səslər eşidilir? İnsanlar nə düşünür, nə hiss edir?
Milli.Az xəbər verir ki, Xankəndində canlanma da elə axşam saatlarından başlayır... Bu saatlarda burda olmaq, bu doğmalığı hiss eləmək tam başqa bir hissdir.
Bu saatlarda işdən çıxanlar tələsmir, yavaş addımların hər birində günün zəhməti, alnın təri, bir də sabahın ümidi var. Yol boyu verilən salamlar isə bir-birlərinə dayaq olmağın ifadəsidir....
Şəhərin mərkəzi bu saatlarda daha da canlanır. Bir az kənarda isə xankəndi sakinləri bir biri ilə xatirələrini bölüşür, beləcə keçmiş yavaşca bu günə qarışır. Qalan isə çox güman ki, xoş xatirələrdir...
Hava tam qaralıb. Gənclərin səsi daha gur eşidilir... Universitet yataqxanasının pəncərələrindən süzülən işıq həyətə düşür. Kənddən, rayondan, şəhərdən gələnlər burada bir həyətin adamına çevrilib...
Yavaş-yavaş vitrinlər sönür, qapılar bağlanır. İşini bitirib evə gedənlərlə yanaşı, gecə növbəsinə başlayanlar, çörək bişirənlər var...
Şəhər sakit görünə bilər. Amma bu sakitliyin içində hərəkətdə olan insanlar var. Onlardan biri də sükan arxasında gecəni-gündüzə qatan taksi sürücüləridir. Elə həmin sürücülərdən biri ilə söhbətləşirik. Bir ildir ki, bu küçələrdə yol gedir, insanları ünvanına çatdırır.
Xankəndində gəzəndə müxtəlif insanlarla danışdıq. Eyni sualı verdik, hərə fərqli cümlə qurdu amma eyni hissləri bölüşdü. İllər sonra bu şəhərdə həyat var...
Kimisi illərlə həsrətində olub, kimisi təzəcə gəlib, amma hamısı eyni duyğunu paylaşır: buranı görmək, burada olmaq bir sevinc, bir qayıdış, bir bütövlükdür. Şəhər təkcə məkan deyil, doğmalıq, qürur və illərin gözləntisinin gerçəkləşdiyi yerdir.
Şəhəri bərpa eliyən təkcə onun binaları olmur. Şəhər o zaman bərpa olunur ki, orda hər axşam çörək alıb evinı tələsənlər var, səhər işə gedənlər var, universitetində təhsil alan tələbələri var, ən əsası gələcəkdən danışanlar var. Bugün xankəndində gördüyümüz ən vacib şey orada olan insan axını idi. Çünki şəhəri isidən təkcə onun daşı divarı, havası, suyu olmur. Şəhəri isidən onun doğma insanlarının, əzəli sahiblərinin nəfəsi olur. Odur ki, qarabağ həmişə bu cür işıqlı və isti qalacaq.
Ictimai TV-nin "Xəbərimiz var" proqramında Xankəndidədən hazırlanan reportajı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab
-
Prezident təqaüdçüləri ailə qurur
-
“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi" - (Video)
XƏBƏR LENTİ
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Tərtərdə avtomobil 2 qadını vurub öldürdü
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Maşın ağaca çırpıldı - Ölən var
-
Elşad Xosedən yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
-
Yalnız 4 bürc şanslı bilet çəkəcək
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi





