"Mədəniyyətdə Marketinq” layihəsi başa çatdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan İctimai Birliyinin (GEN Azerbaijan) təşkilatçılığı ilə Bakıda "Mədəniyyətdə Marketinq" adlı layihə uğurla yekunlaşmışdır.
Təlimlərdə dövlət və özəl mədəniyyət müəssisələrində çalışan, yaradıcı sənayelər sahəsində sahibkarlıq fəaliyyəti olan 30 mütəxəssis və sahə üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak etmişdir. Təlim iştirakçıları mədəniyyət sektorunda marketinq strategiyalarının necə tətbiq olunacağını öyrənmiş və öz peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə etmişdir.
Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən mədəniyyət marketinqi, brendin formalaşdırılması, məhsul menecmenti, sosial media marketinqi, sənət və strategiya, süni zəka alətləri, xalçaçılıqda biznes və digər mövzular üzrə ümumilikdə 10 təlim keçirilmişdir. Təlimlərdən sonra, iştirakçılar qruplara bölünərək seçilmiş 6 mədəniyyət müəssisə üçün marketinq planları hazırlayıb və həmin planların təqdimatını keçirib. Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.
"Mədəniyyətdə Marketinq" layihəsinin başlıca məqsədi mədəni və yaradıcı sənayelərin rəqabətə dözümlülüyünün artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək verməkdir. Layihə sahə üzrə mütəxəssislərə "Mədəniyyət Marketinqi" üzrə geniş biliklər əldə etməyə və daha sonra həmin bilikləri öz müəssisələrində tətbiq etməyə imkan yaradır. "Mədəniyyətdə Marketinq" layihəsi iştirakçılara mədəniyyət sahəsində marketinqin əhəmiyyətini və bu sahədə müasir alətlərin necə istifadə olunacağını nəzəri və praktik olaraq öyrətməyə yönəlmişdir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?





