AFW çərçivəsində dizaynerlər milli dəyərlərini təqdim edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Moda Həftəsinin 16-cı yaz-yay mövsümü çərçivəsində 16-17 may tarixlərində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində çalışan Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə keçiriləcək.
Azərbaycan, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan, Fransa, Vyetnam, Özbəkistan və Tacikistandan qatılan dizaynerlər, modelyerlər və brend yaradıcıları geniş auditoriyaya yaratdığı obrazlar vasitəsi ilə müasir dəb sahəsinin yeniliklərini, etnik modaya istiqamətlənən tendensiyanı, milli motivlərin geyim üzərində interpretasiyasını və ekskluziv parçalardan hazırlanan geyim nümunələrini təqdim edəcək.
16 may The Ritz-Carlton hoteldə tədbirin qonaqları beynəlxalq brendlər Zemfira Jafar, O'Blanc, Studio 4353, Tung Vu, The Names, Maison Keti, Menzer Zekizade Fashion School, Naz Maer, Nilufar Alakbarova, Azamat Somatov, Vays Asoev, Zherebtsov eksklüziv geyim nümunələrlə tanış ola biləcəklər.
Bundan əlavə, mayın 17-də Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu "Yanardağ" muzeyi ərazisində Art by Sofia, Shogy, Aktoty, Mussavir, Brand by Jamilya, Safiya Couture, Natavan brendlərinin kolleksiyalarının təqdimatları keçiriləcək.
AFW-ın 16-cı mövsümündə bir sıra Orta Asiya, Yaxın Şərq, keçmiş MDB və digər ölkələrdən qonaqlar, dizaynerlər, jurnalistlər, blogerlər və "buyer"lər iştirak edir.
Təşkilatçıların sözlərinə görə, Azərbaycan dəb həftəsinin 16-cı mövsümünün əsas mövzuları "alov", "atəşpərəstlik" və Zərdüştlüy tarixi ilə bağlıdır. Bu həmçinin ölkə dəyərlərini, milli sərvətlərini dünya səviyyəsində tanıtmağa istiqamətlənən bir addım kimi qiymətlənir. Alov qədim dövrlərdən Azərbaycanın əsas rəmzlərindən biri sayılır və buna görə də ölkə dünyada "odlar yurdu" kimi tanınır.
16-cı mövsüm çərçivəsində həmçinin B2B New Couture-Pirnia Collections (Paris) təsisçiləri Devid Pirniya və Nadejda Kojevnikova tərəfindən "Beynəlxalq bazarda satışların düzgün aparılması. Uğurlu inteqrasiya üçün 10 qayda və qaçınılması lazım olan səhvlər" adlı panel müzakirələri aparılacaq. 15 may isə gənc dizaynerlər üçün ekoloji təmiz modaya istiqamətlənən "Up-Cycle Jeans" adlı müsabiqə keçirildi. Münsiflər tərəfindən müəyyən edilən 4 qalibə qiymətli hədiyyələr təqdim olunacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)





