Ölkə

Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)

28 Sentyabr 2026 07:07
Baxış: 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Magistralda işıq dirəkləri var, amma işıq yoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsindən gedir.

Sakinlərin sözlərinə görə, yol kənarındakı işıq dirəklərinin işığı aylardır yanmır. Buna görə ərazidə təhlükəli vəziyyət yaranıb.

Problemin yaratdığı təhlükə yalnız piyadalarla məhdudlaşmır. Sürücülər də gecə saatlarında yolun bu hissəsində hərəkət edərkən görünüş məsafəsinin azalmasından əziyyət çəkirlər. Xüsusilə yolu keçmək istəyən piyadaların qaranlıqda sürücülər tərəfindən vaxtında görünməməsi qəza riskini artırır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı-Quba magistral yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisində işıqlandırma sistemi hazırda işlək vəziyyətdə deyil. Buna səbəb aylar əvvəl yaranmış texniki problemdir. Qurumdan qeyd edildi ki, problemin yaxın zamanda aradan qaldırılması planlaşdırılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.