İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycanın Prezidenti İlham Əliyevə İtaliyanın bütün ərazisində yanacağın qiymətlərinin məhdudlaşdırılması ilə bağlı qərara görə təşəkkür edib.
Milli.Az xəbər verir ki, bu barədə Baş nazir sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
"Enidən sonra IP şirkəti də ölkə üzrə yanacağın qiymətlərinə limit tətbiq etmək qərarına gəlib. Bu, İtaliya ailələrinə göstərilən diqqətin mühüm əlamətidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir. Bu diqqətə görə Azərbaycanın Prezidenti İlham Əliyevə, əməkdaşlığımızı gücləndirən bu addıma görə, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm", - deyə o, yazıb.
Meloni bildirib ki, İtaliya hökuməti hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə ailələrə dəstək olmaq və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın Eni S.p.A. şirkəti SOCAR-ın Kot-d'İvuardakı Baleine neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payını əldə etdiyi sövdələşmənin tamamlanması ilə bağlı Protokol mübadiləsi həyata keçirib.
SOCAR-ın məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra layihədə iştirakçıların payları belə bölüşdürülüb: Eni - 37,25 faiz, Vitol - 30 faiz, Kot-d'İvuarın milli neft-qaz şirkəti Petroci - 22,75 faiz, SOCAR - 10 faiz.
"Payın əldə edilməsi SOCAR-a Afrikanın neft-qaz sektoruna çıxış imkanı verəcək və şirkətin kəşfiyyat və hasilat sahəsində qlobal fəaliyyətini genişləndirmək üzrə uzunmüddətli strategiyasının bir hissəsi olacaq", - deyə şirkətin məlumatında bildirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)





