Ölkə

Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)

27 Sentyabr 2026 23:16
Baxış: 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın "Yeni Yasamal" yaşayış massivində, Dadaş Bünyadzadə küçəsi, 5 ünvanında yaşıllığın məhv edildiyi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, ərazidə qanunsuz hotel tikilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ərazidə yaşayan sakinlər burada uzun müddətdir tikinti getdiyini, ancaq nəyin inşa olunduğunu bilmədiklərini söylədilər.

Sakinlər dedilər ki, hasara alınma ağaclara çox yaxın aparıldığından onların bəziləri quruyub.

Özünü mülkiyyətin sahibi kimi təqdim edən Elvira Kəsəmənli bizə rəsmi sənəd təqdim etdi və dedi ki, bura şəxsi evidir, əlində də rəsmi çıxarışı var.

Təxminən 400 kvadratmetrə yaxın ərazidə öz şəxsi mülkünü tikdiyini bildirən ev sahibi dedi ki, ərazinin digər hissəsi də qayınanasına məxsusdur. Bildirdi ki, ağacların bəzisinin quruması da təbii prosesdir.

Məsələ ilə əlaəqdar Yasamal Rayon İcra Hkaimiyyətinə sorğu ünvanladıq.

Qurum tərəfindən əraziyə baxış keçirildikdən sonra bizə bildirildi ki, ünvanda tikinti işi aparılmır və heç bir ağac da kəsilməyib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.