Dövlət Simfonik Orkestrinin və Anar Bramo konserti keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Anar Bramo (violin) ifasını dinləyicilərə təqdim edib.a
Proqramda J.Brahms "Joseph Haydn mövzusuna variasiyalar", M.Bruch Violin və orkestr üçün 1 saylı konsert (g-moll, op.26), A.Borodin "Knyaz İqor" operasından "Qıpçaqların rəqsi" və G.Bizet - F.Waxman - A.Bramo "Karmen fantaziyası" səslənib.
Anar Bramo Almaniyada yaşayan azərbaycanlı violin ifaçısı, dirijor və bəstəkardır. 2020-ci ildən Almaniyada Attendorn Kamera Orkestrinin baş dirijoru və Oberberq simfonik orkestrinin dirijorudur.
A.Bramo 1981-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasında B.Mehdiyevin sinfində təhsil alıb. 2002-ci ildən Almaniyanın Folkvanq İncəsənət, eləcə də, Köln Musiqi və Rəqs Universitetində təhsilini davam etdirib. 2010-2016-cı illərdə Almaniyada Südwestfalen Filarmonik Orkestrinin köməkçi konsertmeysteri vəzifəsində çalışıb. O, tez-tez dünyanın müxtəlif ölkələrində çoxsaylı orkestrlərlə çıxışlara və müxtəlif festivallara solist kimi dəvət olunur.
2002-ci ilin avqustunda Comune di Genova (İtaliya) vasitəsilə N.Paqanininin "Sivori" violinisinin Anarın Bakıdakı konsertində ifa etməsi üçün Azərbaycana gətirilməsi onun həyatının ən mühüm hadisələrindən biri olub. O zamana qədər 180 il ərzində Genuya muzeyində saxlanılan "Sivori" violini cəmi 12 violin ifaçısı tərəfindən səsləndirilmişdi.
2003-cü ildən mütəmadi olaraq G.Kremer tərəfindən "Kremerata Baltica" orkestrində çıxış etmək üçün dəvət olunur. O, həmçinin Kremer tərəfindən əsası qoyulan Lokkenhausda keçirilən məşhur festivalda solist kimi çıxışlar edib. 2006-cı ildə, o, Parisdə H.Berlioz Milli Assosiasiyasının "Hektor Berlioz" medalına layiq görülüb.
2020-ci ildə yazdığı "Şuşa" mahnısı Heydər Əliyev Fondu tərəfindən lentə alınaraq ilk olaraq vətəni Azərbaycanda, sonra isə Berlin Filarmoniyasında təqdim olunmuşdu.
2023-cü ilin iyul ayında Buxarest beynəlxalq dirijorluq müsabiqəsinin finalçısı və xüsusi mükafatın sahibi olmuşdur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
XƏBƏR LENTİ
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır





